M.Şumaher simulyatorda iş zamanı çətinliklər çəkir

Bu yaxınlarda mətbuatda şayiələr yayılmışdı ki, Mixael Şumaher Formula1 maşınının simulyatorunda iş zamanı dəniz xəstəliyinin simptomlarını yaşayır, bu isə məşq […]

Bu yaxınlarda mətbuatda şayiələr yayılmışdı ki, Mixael Şumaher Formula1 maşınının simulyatorunda iş zamanı dəniz xəstəliyinin simptomlarını yaşayır, bu isə məşq prosesini çətinləşdirir. Mercedes GP komandası bu məlumata şərh verməli olub…

Reuters agentliyinə komandanın nümayındəsi bildirib: “Bütün karyerası boyu Mixael simulyatorda işləməyə biganə olub, çünki real testlərə daha çox üstünlük verib. Amma digər sahələrdə tətbiq olunan simulyatorlarda da eyni simptomlar yaşana bilər – hərbi qüvvələrdə, aviasiyada, yarışlarda.

Bu problem Mixaelin yarışlara hazırlığına mane ola bilməz, lakin buna baxmayaraq, Mixael mühəndislərlə birlikdə bu prosesi optimallaşdırıb və simulyatorda effektiv işləyə bilib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*