M.Şumaher şayiələri təkzib edib

Valensiyada Ross Braun jurnalistlərə bildirmişdi ki, Mixael Şumaherin müqaviləsi sürücünün istəyi ilə vaxtından əvvəl pozula bilər və bundan sonra şayiələr […]

Valensiyada Ross Braun jurnalistlərə bildirmişdi ki, Mixael Şumaherin müqaviləsi sürücünün istəyi ilə vaxtından əvvəl pozula bilər və bundan sonra şayiələr peyda olmuşdu ki, almaniyalı sürücü komandanın bu mövsümün sonunda tərk edəcək. Silverstounda Mixael bu şayiələri təkzib edib…

Mixael Şumaher: “Mənim istənilən an dayanmaq imkanım var, amma mən həmişə deyirəm ki, yaxşı nəticə göstərməyə və müqaviləni doğrultmağa çalışıram. Mən özümü əla hiss edirəm, daim inkişaf edirəm – mən bu inkişafı bütün karyeram boyu hiss etmişəm, bəlkə də səviyyəsi azdır, amma inkişaf bu gün də davam edir.

Sadəcə normal işçi tempə düşmək üçün vaxt lazım idi, indi mənə hər şey asan gəlir, amma mən başa düşürəm ki, hələ də komanda ilə işləməyə öyrənirəm ki, maşını özü uyğun işləməyə məcbur edək. Bu daim inkişafdır və mən hələlik 100%-lik formaya çatmamışam.

Nəticələrə yalnız əlimdə olan maşına görə baxmaq olar, amma keçən il də, elə bu il də mən maşından maksimum yararlanmağa çalışıram. Əgər bu alınırsa – mən razıyam, alınmırsa – məyus oluram, amma işimə davam edirəm, çünki yalnız daim iş və inkişaf məni zirvəyə qaytara bilər.

Keçmişdə mən bu yolu keçmişəm, burda heç bir möcüzə yoxdur – hər şeyi iş, motivasiya və inamlı inkişaf həll edir…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*