M.Şumaher sabah GP2 maşınını test edəcək

Sabah Xeresdə Mixael Şumaher GP2 maşınının sükanı arxasına oturacaq – Super Nova komandasının təqdim etdiyi maşının testləri üç gün davam […]

Sabah Xeresdə Mixael Şumaher GP2 maşınının sükanı arxasına oturacaq – Super Nova komandasının təqdim etdiyi maşının testləri üç gün davam edəcək. Yeddiqat dünya çempionu yeni Mercedes maşınını yalnız fevralda yoxlaya biləcək, ona görə də indidən fiziki formasını yoxlamaq üçün o GP2 texnikasını seçib…

Qeyd edək ki, bu maşınlar da Formula1 maşınlarına yaxındır: dördlitrlik Renault maşınları 630 at qüvvəsi verir, yəni Formula1-in 2.4 litrlik motorlarından cəmi 120 at qüvvəsi geri qalır. Həm də GP2 maşınları çox mürəkkəb deyillər – bir çox elektron sistemlər, ümumiyyətlə, yoxdur.

GP2 seriyasının və Mixaelin belə bir əməkdaşlığının qarşılıqlı sərfəli olması aydındır: yeddiqat çempionun təcrübə və biliyi yeni maşının hazırlanmasında qiymətli məlumat toplamağa imkan verəcək, eyni zamanda Şumaher məşq edəcək və öz orqanizminin Qrn Pri zamanı yüklənmələrə hazırlığını qiymətləndirəcək. Məhz buna görə də, Mercedes çalışır ki, Mixael testləri daha məhsuldar keçirsin və daha böyük məsafə qət etsin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*