M.Şumaher rəqiblərindən narazıdır

Bu gün sıralanma turundan sonra Mixael Şumaher yarışın direktoru Çarli Uaytinqdən sürücülərin hərəkətləri üzrə izahat istəyib. Alman sürücü sıralanma turunun […]

Bu gün sıralanma turundan sonra Mixael Şumaher yarışın direktoru Çarli Uaytinqdən sürücülərin hərəkətləri üzrə izahat istəyib. Alman sürücü sıralanma turunun müxtəlif sessiyalarında Lyuis Həmilton və Fernando Alonsonun hərəkətlərindən gileylənib. İspaniyalı sürücü ilə Mixael şəxsən söhbət edib, sonra isə vəziyyəti jurnalistlərə şərh edib…

Mixael Şumaher: “Son sessiyada ikinci cəhdimdə Alonso mənə mane oldu, sessiyadan sonra mən ondan soruşdum ki, komanda onu xəbərdar edibmi ki, mən sürətli dövrədəyəm, o mənfi cavab verdi.

Trasda hər şeyi izləmək asan deyil, sizin diqqətiniz özünüzdə olur və heç də həmişə güzgülərə baxa bilmirsiniz, ona görə də komandalar sürücülərini məlumatlandırmalıdırlar. Dünən biz bu barədə sürücülərin brifinqində danışmışdıq və Fernando bu problemdən ən çox əziyyət çəkənlərdən biri idi.

Mən bilmək istəyirdim ki, komandası onu xəbərdar edibmi, sonra isə Çarli Uaytinqlə danışdım, başa düşmək istəyirəm ki, bloka salmaq qaydalarında bir dəyişiklik edilibmi? Mən Uaytinqə dedim ki, bilmək istəyirəm – nə olar, nə olmaz.

Oxşar problem sıralanma turunun ikinci sessiyasında Lyuislə oldu, o sürətli dövrəyə hazırlaşırdı və mənə mane oldu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*