M.Şumaher nəticədən başqa hər şeydən razıdır

Öz rəsmi saytında Mixael Şumaher Avstraliya uik-endinə yekun vurub, onun fikrincə, yarışı pozitiv hesab etmək olar… Mixael Şumaher: “Mən başa […]

Öz rəsmi saytında Mixael Şumaher Avstraliya uik-endinə yekun vurub, onun fikrincə, yarışı pozitiv hesab etmək olar…

Mixael Şumaher: “Mən başa düşürəm ki, bu bir qədər qəribə səslənəcək, amma mən Melburn uik-endini pozitiv qəbul edirəm.

Əlbəttə, ilk görünüşdən bu belə görünmür, amma hadisələri diqqətlə təhlil etdikdə mən görürəm ki, biz yaxşı inkişaf etmişik. Biz razı ola bilərik, hərçənd, nəticələr bizi qane etmir. Sıralanma turunda həm mən, həm də Niko 2-3 mövqe yuxarıda ola bilərdik. Amma mən yarışı düşünərək şassinin sazlanmasına konservativ yanaşdım. Bundan başqa mənim maşınımın ön antiqanadında kiminsə vizordan qopardığı nazik təbəqə ilişib qalmışdı və buna görə kifayət qədər sürətli ola bilmədim. Amma əgər biz sıralanma turunu uğurla keçirsəydik, yarışda podium uğrunda mübarizə aparardıq.

Deməli, məqsədimiz artıq yaxındadır və mən əminəm ki, biz daha yaxşı nəticələr göstərə bilərik. Ona görə də Malayziyaya yollanarkən biz bilirik ki, Bəhreyndən sonra bizim sürətimiz artıb. Melburn yarışı şən keçdi, düzdür, mən cəmi bir xal qazana bildim, amma Sepanqda mübarizə davam edəcək. Biz daha bir yaxşı yarış keçirmək istəyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*