M.Şumaher nə Çin, nə də Bəhreynə gedəcək

Mixael Şumaherin mətbuat katibi Sabine Kem təsdiq edib ki, Ferrari ilə əməkdaşlığını davam etdirən yeddiqat dünya çempionu qarşıdakı iki yarışa […]

Mixael Şumaherin mətbuat katibi Sabine Kem təsdiq edib ki, Ferrari ilə əməkdaşlığını davam etdirən yeddiqat dünya çempionu qarşıdakı iki yarışa – Çin və Bəhreyn Qran Prilərinə getməyəcək. Avropa qəzetləri yazanda ki, Skuderiyanın Sepanqda uğursuz çıxışının səbəkarı Mixaeldir, şayiələr gəzməyə başladı ki, alman sürücü komandanın məsləhətçisi vəzifəsindən imtina etmək qərarına gəlib. Amma Sabine xanım bildirib ki, Çin və Bəhreyn səfərləri elə əvvəldən Şumaherin planlarında yox idi…

Sabine Kem: “Mixael Çinə hazırlaşmır, çünki bu günlərdə ailəsi ilə dincələcək. Bu barədə Ferrari-nin xəbəri var və bu mövsümün ilk iki yarışındakı uğursuzluqla əlaqədar deyil. Onun Bəhreynə səfəri də əvvəldən planlaşdırılmamışdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*