M.Şumaher – Mercedes GP Petronas-ın sürücüsüdür

Mercedes GP komandası bir az əvvəl rəsmi mətbuat relizi yayıb. Relizdə təsdiq olunub ki, Mixael Şumaher 2010-cu ildə üçillik fasilədən […]

Mercedes GP komandası bir az əvvəl rəsmi mətbuat relizi yayıb. Relizdə təsdiq olunub ki, Mixael Şumaher 2010-cu ildə üçillik fasilədən sonra Formula1-ə qayıdır. Aşağıda relizin tam mətni verilir…

“Ştutqart/Brəkli. Mercedes GP Petronas Formula One Team bu gün təsdiq edə bilər ki, yeddiqat dünya çempionu Mixael Şumaher 2010-cu ildə yarışlara “gümüşü oxlar”la qayıdır.

Qırxyaşlı alman sürücünün təqdimata ehtiyacı yoxdur: 1991-2006-cı illərdə Formula1-də parlaq karyerası əraində o Jordan, Benetton və Ferrari komandalarında çıxış edib, yeddi çempion titulu qazanıb, 248 Qran Pridə start alıb – onun hesabında 91 qələbə, 154 podium və 68 poul var.

Mixaelin Formula1-ə Mercedes GP-nin heyətində qayıtması əslində onun Mercedes-Benz Motorsport şirkətinə qayıdışıdır, axı o sürücü ustalığına məhz bizimlə başlamışdı, 1990-cu ildə Mercedes-in Gənclər proqramının iştirakçısı seçilmişdi: o sportkarların C Qrupunda və DTM seriyasında yarışırdı. Bundan başqa Mixael yenidən Ross Braunla əməkdaşlığa başlayacaq – alman sürücü bütün titullarını Braunla birlikdə qazanıb.

Mercedes GP təsdiq edir ki, 2010-cu ildə Mixael öz həmyerlisi 24 yaşlı Niko Rosberqin komanda yoldaşı olacaq…

Mixael Şumaher: “Mercedes GP – mənim üçün yeni çağırışdır: həm idman, həm də şəxsi həyatımda. Bu mənim yarış karyeramda yeni fəsildir və mən köhnə dostum Ross Braunla və hələ Mercedes-in Gənclər proqramından tanıdığım insanlarla əməkdaşlığın canlanmasını səbirsizliklə gözləyirəm.

Mən əminəm ki, 2010-cu ildə biz dünya çempionatında qələbə uğrunda mübarizə apara biləcəyik və mən tezliklə trasa qayıtmaq istəyirəm. Bu əməkdaşlıq sayəsində dövrə tam qapanacaq: Mercedes karyeramın əvvəlində mənə dəstək olmuşdu və indi mən ümid edirəm ki, onlara nəsə verə biləcəm.”

Niko Rosberq: “Mixael Formula1-ə qayıdır və mənim komanda yoldaşım olacaq – bu fantastikadır! Mən tarixin ən əfsanəvi sürücüsü ilə çiyin-çiyinə çalışacam – bu ciddi çağırışdır. Mən əminəm ki, bizim əməkdaşlığımız sıx olacaq, çünki o əvvəlki kimi sürətlidir. Bu bizim idman üçün və azarkeşlər üçün əla xəbərdir!”

Ross Braun: “Mən şadam ki, bu gün biz Mixaelin Formula1-ə qayıtmasını elan edə bilərik – o bizim Mercedes GP komandasında çıxış edəcək.

Mixael yeddiqat dünya çempionudur, onun rekordları hər şeyi deyir və mən tezliklə onunla işə başlamaq istəyirəm. Komandanın heyəti elan olunub və mən əminəm ki, Mixael və Niko Formula1-in ən maraqlı cütlüydür – istedadın, təcrübənin, sürətin və gəncliyin ideal tərənnümü…”

Norbert Hauq: “1991-ci ilin aprelində mən Mercedes-in Gənclər proqramına başçılıq eidrdim və bir axşam biz Mixaellə söhbətləşdik. O mənə sakit səslə, amma əminliklə bildirdi ki, artıq Formula1-ə keçmək vaxtıdır.

O zaman onun cəmi 22 yaşı var idi və dörd ay sonra o Spada Jordan-ın heyətindəd ebüt etdi. Mercedes-Benz o zaman ona çox kömək etdi, qalanı isə artıq tarixdir: yeddi titul, 91 qələbə – hələ heç bir sürücü bu rəqəmlərə heç yaxınlaşa bilməyib. Mixael Mercedes-in Gənclər proqramında sportkarların yarışında və bir neçə dəfə DTM-də çıxış etmişdi.

O zaman Ross Braun Jaguar-da işləyirdi və çox tez başa düşdü ki, Mixael istedadlı sürücüdür, sonra onlar birlikdə Benetton və Ferrari-də yeddi titul qazandılar. Biz həmişə istəyirdik ki, Mixael karyerasını başladığı yerə qayıtsın və o bunu bilirdi. Biz yarışlardan sonra həmişə bu mövzuda zarafat edirdik və son 14 ildə belə bir imkanı bir neçə dəfə ciddi müzakirə etmişdik.

Amma bu nə 1995-ci ildə, bə 1998-ci ildə, nə də 2005-ci ildə baş tutmamışdı. Amma mən şadam ki, bu 2010-cu ildə baş verəcək. Mən birgə işə başlamağı səbirsizliklə gözləyirəm, və Mercedes-Benz, və Daimler, hamı Mixaeli salamlayır – o 19 il bizim “şagird”imiz olub, indi isə o tarixin ən uğurlu sürücüsüdür…””

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*