M.Şumaher Mercedes-dən ayrılmağa hazırlaşmır

Mixael Şumaher artıq iki ildir Mercedes GP komandasının şərəfini qoruyur, amma hələ bir dəfə də olsun podiuma qalxa bilməyib. Buna […]

Mixael Şumaher artıq iki ildir Mercedes GP komandasının şərəfini qoruyur, amma hələ bir dəfə də olsun podiuma qalxa bilməyib. Buna baxmayaraq, yeddiqat dünya çempionu təkid edir ki, komandada özünün üçillik müqaviləsinin sonuna qədər çalışacaq.

Keçən il komandanın hazırladığı maşına sürət çatmırdı, builki mövsümün başlanğıcı da yaxşı alınmayıb, amma Çində Niko Rosberq qələbə və ya podium şansını əldən verərək 5-ci, Mixael isə 8-ci olmuşdular.

Almaniyanın Bunte həftəliyinə müsahibəsində Formula 1-dəki karyerasını davam etdirməsi barədə suala cavabında Mixael etiraf edib ki, həqiqətən, “10-cu yer uğrunda mübarizə ona ləzzət eləmir”, amma ümid edir ki, komanda vəziyyəti dəyişəcək…

Mixael Şumaher: “Məhz buna görə də mübarizəni davam etdirirəm və Mercedes GP-də qalıram. Razıyam ki, 42 yaş heç də 25 yaş deyil, lakin mən komanda ilə olan müqaviləni sonadək yerinə yetirəcəm, sonra isə bu markanın nümayəndəsi kimi işimi davam etdirəcəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*