M.Şumaher: “Mən adrenalindən ötrü qayıtmıram”

İtaliyanın La Stampa qəzetinə müsahibəsində Mixael Şumaher Formula1-ə qayıtmaq qərarını qəbul etmək səbəblərindən danışıb… Mixael Şumaher: “Ferrari ilə uzunmüddətli əməkdaşlıqdan […]

İtaliyanın La Stampa qəzetinə müsahibəsində Mixael Şumaher Formula1-ə qayıtmaq qərarını qəbul etmək səbəblərindən danışıb…

Mixael Şumaher: “Ferrari ilə uzunmüddətli əməkdaşlıqdan sonra Massanın qəzası ilə yaranmış çətin vəziyyətdə sakit dayana bilməzdim. Mən karyeramı başa vurmuşam və indi çoxlarının düşündüyü kimi adrenalindən ötrü qayıtmıram. Son illər mən sükan arxasında sakitləşmişdim, ürəyim adi ritmdə vururdu – yarışlarda isə mən duel hiss edirdim, adrenailini isə səmaya qalxıb paraşütlə tullanmaqla da almaq olar, mənim paraşüt lisenziyam da var.

Felipenin səhhəti barədə xəbərlər pozitiv idi, mən Stefano Domenikali və Luka di Montedzemolo ilə görüşdüm, birlikdə qərara aldıq ki, Massanı əvəz etmək üçün mən məşqlərə başlayacam. Mən bu çağırışı qəbul etməyə bilməzdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*