M.Şumaher kosmosa uçmağa hazırlaşır?

Əgər Belçikanın ən məşhur Het Laatste Nieuws qəzetinə inansaq, Mİxael Şumaher kosmosa uçmağa hazırlaşır. Yeddiqat dünya çempionu SpaceShip Two kosmik […]

Əgər Belçikanın ən məşhur Het Laatste Nieuws qəzetinə inansaq, Mİxael Şumaher kosmosa uçmağa hazırlaşır. Yeddiqat dünya çempionu SpaceShip Two kosmik gəmisinin heyətində bir yeri bron edib, gəminin hazırlanmasını milyarder Riçard Brənson maliyyələşdirir. Gəminin ilk uçuşu 2012-ci ilə planlaşdırılıb. Qəzet xəbər verir ki, Şumaher 6 saatlıq uçuşa görə 140 min Avro ödəyib. SpaceShip Two gəmisində daha beş sərnişin və iki pilot olacaq…

Virgin şirkətinin Virgin Galactic aerodinamik bölümünün planlarına görə, mütəmadi uçuşlar 2012-ci ildən başlayacaq. Kosmosa uçmaq istəyənlərin siyahısında üçqat dünya çempionu Niki Lauda və Britaniyanın keçmiş baş naziri Toni Bler də var. Xatırladaq ki, keçən il Lyuis Həmiltonun da bütün ailəsi üçün bilet bron etməsi barədə məlumatlar yayılmışdı, amma sonradan bu məlumat təkzib olunmuşdu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*