M.Şumaher kartinq yarışında iştirak edəcək

Biz artıq xəbər vermişdik ki, İtaliyanın məşhur kart istehsalçısı Tony Kart şirkəti ilə müqavilə imzalamış Mixael Şumaher bəzi kartinq yarışlarında […]

Biz artıq xəbər vermişdik ki, İtaliyanın məşhur kart istehsalçısı Tony Kart şirkəti ilə müqavilə imzalamış Mixael Şumaher bəzi kartinq yarışlarında starta çıxacaq. Qarşıdakı istirahət günləri yeddiqat dünya çempionu İtaliyada WSK Euro Series çempionatının ilk mərhələsində iştirak edəcək.

Tony Kart Racing Team zavod komandasının heyətində Mixael Şumaher KZ1 sinfində yarışacaq – qırmızı baronun adı artıq iştirakçılar siyahısında 47 nörməi ilə dərc olunub. Maraqlıdır ki, almaniyalı sürücünün rəqiblərindən biri 15 yaşlı Maks Ferstappen olacaq – Mixaelin Benetton komandasında keçmiş komanda yoldaşı Yos Ferstappenin oğlu…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*