M.Şumaher kartinq yarışına qatılıb

Mixael Şumaherin kartinqə marağı hamıya məlumdur. Yeddiqat dünya çempionu kartın sükanı arxasında oturmaq imkanını heç vaxt buraxmır, bəzən isə həmsahibi […]

Mixael Şumaherin kartinqə marağı hamıya məlumdur. Yeddiqat dünya çempionu kartın sükanı arxasında oturmaq imkanını heç vaxt buraxmır, bəzən isə həmsahibi olduğu KSM Motorsport komandasının heyətində yarışlarda da iştirak edir.

Dünən 42 yaşlı alman sürücü onun doğma şəhərində təşkil olunmuş ənənəvi Qış Kubokunda iştirak edib. Mixael KZ2 sinfində yeni Tony EVRR model kartın sükanı araxsında çıxış edib. Sıralanma turunda ikinci olan Şumaher birinci yarışı elə həmin yerdə də başa vurub, ikinci yarışda isə bir müddət liderlik etməsinə baxmayaraq, mexaniki nasazlıqlar üzündən finişə çatmayıb. Hərçənd, sürücünü əhvalı korlanmayıb…

Mixael Şumaher: “Təəssüf ki, şatunun sınması bizi geri saldı. Amma buna baxmayaraq, mən yarışdan böyük ləzzət aldım və yeni kartdan razı qaldım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*