M.Şumaher gələn il üçüncü Ferrari-nin sükanı arxasında?

Times qəzetinə müsahibəsində Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, komanda gələn il starta üç maşınla çıxmaq istərdi və bu […]

Times qəzetinə müsahibəsində Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, komanda gələn il starta üç maşınla çıxmaq istərdi və bu maşının sükanı arxasında tam sağaldıqdan sonra Mixael Şumaher otura bilərdi…

Stefano Domenikali: “Əgər sağlamlıq problemləri olmazsa, niyə də Mixael bizim maşınlardan birinin sükanı arxasında oturmasın? Biz həqiqətən danışıqlar aparırıq, güclü komandalar starta üç maşınla çıxa bilərlər, bunun üçün həm resurslar var, həm də sürücülər – bu Formula1 üçün müsbət addım olardı. Azarkeşlər startda daha çox maşın görmək istərdilər.”

İki həftədən sonra Monsada FOTA üzvü olan komandalar bu təklifi müzakirə edəcəklər. Razılıq Müqaviləsinin əvvəlki mətnində bir komandanın üç maşınla starta çıxa bilməsi maddəsi var idi, amma bunun üçün çempionatda iştirak edən komandaların sayının ondan az olması gərək idi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*