M.Şumaher Ferrari-nin təklifini qəbul etmək istəmirmiş?

Bugünkü mətbuat konfransından danışarkən İtaliyanın Gazetto dello Sport qəzeti yeddiqat dünya çempionunun sözlərini önə çəkir – sən demə Mixael Ferrari-nin […]

Bugünkü mətbuat konfransından danışarkən İtaliyanın Gazetto dello Sport qəzeti yeddiqat dünya çempionunun sözlərini önə çəkir – sən demə Mixael Ferrari-nin təklifini qəbul etmək istəmirmiş…

Mixael Şumaher: “Əvvəlcə mən bu təklifə imtina etmək istəyirdim. Düzünü desəm, məm yox deməyə hazır idim, amma siz ki Montedzemolonu tanıyırsınız. O mənim yaxın dostumdur və bizim əla münasibətlərimiz var. O məni əmin edə bildi. Həyat yoldaşım isə dedi ki, necə bilirsən, elə də et. Mən başa düşürdüm ki, məni Maranelloya niyə çağırıblar. Korinna ilə birlikdə qərar qəbul etməyə mənim kifayət qədər vaxtım var idi.

Amma mən indi mən məyus olmuşam. Təəssüf ki, mən Ferrari-ni kədərləndirdim: əvvəlcə mən komandanı bürümüş eyforiyanı başa düşmürdüm, amma ümid edirdim ki, mənim səhhətim yaxşılığa doğru dəyişəcək. Testlərdən sonra mən ağrıkəsici dərmanlar qəbul etməli oldum, Formula1-ə qayıtmaq riskli addım idi…

Gələcək planlarıma gəlincə, tibbi nöqteyi nəzərdən gələcəkdə yarışlarda iştirak etməyimə problemlər olmamalıdır, amma hələlik bu barədə düünmürəm. Hazırda mən həyatımın ən çətin dövrünü yaşayıram və deyə bilmərəm ki, sonra nə olacaq. Mənim Ferrari ilə heç bir razılığım yoxdur, ama təbii ki, qapı həmişə açıqdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*