M.Şumaher Brawn GP ilə danışıqları təkzib edib

Nürburqrinq uik-endi zamanı şayiələr gəzirdi ki, Mixael Şumaher Ross Braunla danışıqlar aparır və Ferrari-də keçmiş kolleqasına Brawn GP komandasının texniki […]

Nürburqrinq uik-endi zamanı şayiələr gəzirdi ki, Mixael Şumaher Ross Braunla danışıqlar aparır və Ferrari-də keçmiş kolleqasına Brawn GP komandasının texniki direktoru vəzifəsində qoşula bilər. SkyTV kanalına müsahibəsində alman sürücü bu məlumatı təkzib edib…

Mixael Şumaher: “Əgər mən iş axtarmaq istəsəm, müxtəlif variantlar var, amma indi buna ehtiyac yoxdur. Mən yarışlara da qayıtmağı planlaşdırmıram – uzun illər mənim adrenalinlə problemim olmayıb, indi isə elədiklərim mənə ləzzət verir.

Mən kənara çəkilmişəm, müəyyən məsafə saxlamağa çalışıram. Vəziyyətin daxilində olmaqla siz təfərrüatlara gedirsiniz, mən isə buna vaxt itirmək istəmirəm. Mən baş verənlərə kənardan baxıram və məhz bu mənə öz töhvəmi verməyə imkan yaradır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*