Mövsümün sonunda H.Blaş istefaya gedəcək

Formula1-in veteranı, 1996-cı ildən FİA-nın yarış direktorunun köməkçisi vəzifəsini icra edən Herbi Blaş mövsümün sonunda postunu tərk edəcək - bu barədə federasiyanın mətbuat xidməti məlumat verib.

F-1.az xatırladır ki, Blaş Formula1-də 50 ildən çox çalışıb. Onun karyerası keçən əsrin 60-cı illərində Rob Uokerin şəxsi komandasında mexanik vəzifəsi ilə başlayıb. 1968-ci ildə Lotus komandasına keçən Herbi Yoxen Rindtin yarış direktoru təyin olunub. 1972-ci ildə Blaş Berni Ekklstounun Brabham komandasına keçib və 1988-ci ilə qədər komandada müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bundan sonra isə Yamaha Motorsport-da çalışmağa başlayıb.

Blaş 1996-cı ildə FİA-nın yarış direktorunun köməkçisi təyin olunub və 20 ildir Çarli Uaytinqlə çiyin-çiyinə çalışır. Amma gələn ildən onu hazırda FİA-nın təhlükəsizlik məsələləri üzrə direktoru Loran Mekis əvəz edəcək – Loran əvvəllər Arrows, Minardi və Toro Rossо komandalarında mühəndis kimi işləyib.

Jan Todt, FİA-nın prezidenti: “Mən şəxsən Herbiyə federasiya ilə 20 illik əməkdaşlığına görə minnətdarlıq etmək istəyirəm. Məhz onun kimilərin əməyi sayəsində Formula1 avtoidmanın zirvəsində qalır. Çarli ilə birlikdə Herbi Qran Prilərin keçirilməsində vacib rol oynayır və biz şadıq ki, gələcəkdə də o, federasiya ilə əməkdaşlığa davam edəcək.

Belə bir təcrübəli mütəxəssisi əvəzləmək asan deyil. Amma bizim bu vəzifəyə Loran Mekisi təyin etmək imkanımız var, Loran hazırda təhlükəsizlik məsələləri ilə məşğuldur. Şübhə etmirəm ki, Formula1 təhlükəsizlik baxımından ən nümunəvi çempionat kimi qalacaq…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*