Mövsümün ilk dörd Qran Prisi: Ötmələrin statistikası

Mövsümün arxada qalmış dörd yarışında dəyişkən hava şəraiti maarqlı mübarizəyə imkan yaradıb. Əgər mövsümün ilk yarışını hamı darxıdırıcı hesab etmişdisə, […]

Mövsümün arxada qalmış dörd yarışında dəyişkən hava şəraiti maarqlı mübarizəyə imkan yaradıb. Əgər mövsümün ilk yarışını hamı darxıdırıcı hesab etmişdisə, Avstraliyada, Malayziyada və Çində hadisələr gözlənilməz senari üzrə cərəyan edib. Sürücülərin reallaşdırdıqları ötmələrin sayının hesablanması maraqlı nəticələr verib, düzdür, bunlarına çoxuna uğursuz sıralanma turları səbəb olub.

Arxada qalmış dörd yarışda sürücülər 156 ötmə həyata keçiriblər, orta hesabla hər Qran Pridə 39 ötmə və ya hər 2.5 dəqiqədən bir azarkeşlər ötmənin şahidi olublar – bu çox ciddi rəqəmdir, çünki keçən mövsümün gedişində cəmi 244 ötmə qeydə alınmışdı. Çox güman ki, 2010-cu ildə yarışlar 1984-cü ilin standartına cavab verəcəklər – həmin mövsümdə sürücülər 660 dəfə mövqelərini dəyişiblər.

Aşağıdakı cədvəldə ötmələrin balansı verilib, yəni sürücünün qazandığı və itirdiyi mövqelərin fərqi, cədvəli isə Almaniyanın Auto Bild qəzetinin əməkdaşları tərtib ediblər…

Mövsümün ilk dörd Qran Prisində ötmələrin statistikası:
1. Lyuis Həmilton +21 (23 / 2)
2. Fernando Alonso +16 (18 / 2)
3. Mark Uebber +9 (13 / 4)
4. Niko Hülkenberq +7 (9 / 2)
5. Sebastyan Fettel +5 (8 / 3)
6. Adrian Sutil +4 (11 / 7)
7. Robert Kubitsa +4 (6 / 2)
8. Rubens Barrikello +3 (13 / 10)
9. Felipe Massa +2 (8 / 6)
10. Mixael Şumaher +1 (11 / 10)
11. Xayme Algersuari 0 (8 / 8)
12. Censon Batton 0 (3 / 3)
13. Vitantonio Liutsi 0 (2 / 2)
14. Pedro de la Rosa -2 (6 / 8)
15. Sebastyen Buemi -2 (3 / 5)
16. Kamui Kobayaşi -2 (0 / 2)
17. Timo Qlok -3 (3 / 6)
18. Niko Rosberq -3 (0 / 3)
19. Vitaliy Petrov -5 (5 / 10)
20. Lukas di Qrassi -6 (2 / 8)
21. Karun Çandhok -6 (1 / 7)
22. Bruno Senna -8 (0 / 8)
23. Yarno Trulli -10 (2 / 12)
24. Heykki Kovalaynen -25 (1 / 26)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*