23 Aprel 2018, Bazar ertəsi - 22:51

Mövsümöncəsi testlərə 50 gün qalır

Mövsümöncəsi testlərə 50 gün qalır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:55 - 08 Yanvar, 2017

Məsrəflərin azaldılması kursunu tutan FİA 2010-cu ildən mövsümöncəsi testlərin sayını ciddi məhdudlaşdırıb, bu il isə testlər çox gec – fevralın 27-də, yəni keçən illə müqayisədə 5 gün gec başlayacaq.öv

F-1.az xatırladır ki, son illərdə mövsüm ən gec 2011-ci ildə start almışdı, amma onda təqvimdə 19 yarış var idi, bu il isə bizi 20 Qran Pri gözləyir – amma hələ bilinmir ki, onların hamısı baş tutacaqmı?
MÖVSÜMÖNCƏSİ TESTLƏRİN VƏ MÖVSÜMÜN STARTI

MövsümTestlərin startıMövsümün startı
2017-ci il27 fevral26 mart
2016-cı il22 fevral20 mart
2015-ci il1 fevral15 mart
2014-cü il28 yanvar16 mart
2013-cü il5 fevral17 mart
2012-ci il7 fevral18 mart
2011-ci il1 fevral27 mart
2010-cu il1 fevral14 mart

 

Keçən il olduğu kimi, komandalar qış testlərini yalnız bir trasda – Barselonada çalışacaqlar: bu tras bəzi faktorlara görə ən yaxşı hesab olunur, çünki maşının aerodinamikasının effektivliyini qiymətləndirməyə imkan verməklə, motorun gücünü də biruzə verir.

Əvvəlki illərdə fevralın ilk günlərində Xeres trasından istifadə edilməsi hava baxımından özünü doğruldurdu – ilin bu vaxtında Əndəluziyada isti olur, amma fevralın sonunda Barselonada da kifayət qədər isti olmalıdır – adətən ilin bu vaxtında günorta temperatur +15С-yə çatır.

MÖVSÜMÖNCƏSİ TESTLƏRDƏ TRASLARIN İSTİFADƏSİ

MövsümTestlərin keçirildiyi yerlər
2017-ci ilBarselona
2016-cı ilBarselona
2015-ci ilXeres, Barselona
2014-cü ilXeres, Barselona
2013-cü ilXeres, Barselona
2012-ci ilXeres, Barselona
2011-ci ilValensiya, Xeres, Barselona
2010-cu ilValensiya, Xeres, Barselona

 

Mövsümöncəsi testlərdən bir gün əvvəl və ya elə testlərin ilk günü bəzi komandaların yeni maşınları təqdim etməsi də artıq ənənəyə çevrilib. Təqdimatdan sonra isə bütün komandalar gərgin test proqramının yerinə yetirilməsinə başlayacaqlar ki, mövsümün startına maksimum yaxşı formada hazır olsunlar.

2017-ci İL MÖVSÜMÜNÜN TEST QRAFİKİ

TarixTrasTest
27.02 – 02.03BarselonaYeni maşınların testləri
07.03 – 10.03BarselonaYeni maşınların testləri

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 918
Teqlər , , ,
Paylaş

logo