16 Oktyabr 2018, Çərşənbə axşamı - 00:09

Mövsümöncəsi testlərdə telemetriya problemləri

Mövsümöncəsi testlərdə telemetriya problemləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:59 - 23 Fevral, 2013

Mövsümöncəsi testlərdə iştirak edən Formula1 komandalarından bir neçəsi Barselonada telemetriya problemləri ilə üzləşib – vahid elektron idarətmə bolku (ECU) maşındakı […]

Mövsümöncəsi testlərdə iştirak edən Formula1 komandalarından bir neçəsi Barselonada telemetriya problemləri ilə üzləşib – vahid elektron idarətmə bolku (ECU) maşındakı məlumatları real zamanda mühəndislərə ötürə bilməyib.

ECU-nu çempionatın bütün komandalarına McLaren Group-un McLaren Electronic Systems (MES) bölməsi verir. FİA ilə MES hələ 2008-ci ildə imzalanmışdı və o zaman bütün maşınlara blokun ilkin versiyası – TAG-310 quraşdırılmışdı, bir qədər sonra isə onu TAG-310B əvəz etdi.

2008-ci ildən blokun istifadəsi zamanı heç bir problem üzə çıxmamışdı. Ona görə də FİA tərəfindən elan onunan2013-2015-ci illər üçün yeni tenderdə MES qalib gəlmişdi.

Qüvvəyə minəcək yeni reqlament nəzərə alınmaqla tam yeni blok hazırlanıb – TAG-320. Yeni bloklar sələflərindən qat-qat güclüdürlər və V6 turbomotorları və ERS sistemi quraşdırılmış maşınlara tətbiq olunacaq. Amma yadınızdadırsa, yeni reqlamentə keçid bir il təxirə salındı, FİA isə köhnə blokların əvəzinə yeni bolkların istifadəsinə icazə verdi – bunun üçün sadəcə proqram təminatında cüzi dəyişikliklər edilməli idi. Ona görə də 2013-cü il üçün yeni proqram təminatı tərtib olundu.

FİA-nın nümayəndələrinin məntiqinə görə, yeni blokdan daha tez istifadə olunması onun potensial nüsazlıqlarını üzə çıxarmalı idi və doğrudan da, nasazlıqlar üzə çıxıb. Maşın boksu tərk etsə də, texniki monitorların ekranlarında heç bir məlumat əks olunmur. Williams komandasının meneceri Diki Stenford bildirib ki, “biz maşınla danışa bilmirik…”

Amma tezliklə məlum olub ki, problem blokun özündə deyil – yeni yazılmış proqram təminatında səhvlər var. Məsələ ondadır ki, əvvəlki bloklarda proqram təminatı vahi deyildi, yəni proqramın bir hissəsi hər bir komandanın özü tərəfindən hazırlanırdı.

Xüsusən də, hər bir komanda ECU-nun darıxdırıcı interfeysi əvəzinə özünə rahat olan interfeyslərdən istifadə edirdi. MES-in meneceri Tim Starfford bildirib ki, “biz hamının interfeysini birləşdirmək istədik.” Amma praktika göstərdi ki, bunu etmək elə də asan deyil və hər bir komanda müəyyən dərəcədə bunun qurbanı olub.

Problemi həll etmək üçün MES proqram təminatının əvvəlki versiyasına qayıtmalı olub və tədricən, addım-addım yeni elementlər yüklənir. Ferrari-nin motor və elektronika şöbəsinin başçısı Luka Marmorini bildirib ki, “hər gün proqram üçün yenilənmə alırıq və ümid edirik ki, Melburnda qədər bütün problemlər həll olunacaq…”

tag-2


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər , , , , , , , , , ,
Paylaş

logo