19 Oktyabr 2017, Cümə axşamı - 00:12

Mövsümöncəsi testlər: Ümumi statistika

Mövsümöncəsi testlər: Ümumi statistika

Müəllif: Elçin Zodorov, redaktor

11:24 - 11 Mart, 2017

Barselonada keçirilən mövsümöncəsi testlər proqram baxımından zəngin olub. Səkkiz test günü ərzində yağış yağmayıb, son günlərdə isə yazın gəlişi özünü hiss etdirib. Komandaları reqlamentdəki ciddi dəyişikliklərə görə testlərdə çox iş gözləyirdi. İlk testlərin dördüncü günündə tras süni sulanıb, sürücülər keçid və yağış təkərləri ilə işləyiblər.

F-1.az bildirir ki, Mercedes AMG və Ferrari komandaları qət edilən məsafəyə görə ilk iki yeri tutublar. Testlər onlar üçün demək olar ki, problemsiz keçib. Mercedes AMG-nin sürücüləri hər ikisi bütün günlərdə işləyiblər və ümumilikdə qət etdikləri məsafə 5000 km-dən çox olub. Əvvəlki illərdə olduğu kimi, komanda yenə də maşının etibarlılığını nümayiş etdirib, lakin sürücüləri sürətli dövrələr vurmaqda çox da maraqlı olmayıblar.

Bir gün ərzində vurulan dövrə sayına görə rekordun sahibləri Sebastyan Fettel və Felipe Massa olublar – 168 dövrə. Bu, İspaniya Qran Prisində qət edilən məsafədən 2.5 dəfə çoxdur. Hard təkərlərdən testlərdə ümumiyyətlə istifadə olunmayıb. Qalan dörd tərkibdə isə ən sürətli dövrələri Ferrari sürücüləri vurublar. Fettel UltraSoft (1:19.024) və Medium (1:21.609) təkərlərdə, Kimi Rəykkönen isə  SuperSoft (1:18.634) və Soft (1:19.267) təkərlərdə hamını üstələyib.

Testlər Williams üçün sakit keçib. İlk həftədə Stroll qəzalar etsə də, gənc kanadalı ikinci testlərdə səhvlərini düzəltdiyini göstərə bilib. Force İndia da maşında bir neçə problem tapıb. Maşın normadan 10 kq ağırdır və komanda mövsümün ilk yarışları barədə ehtiyatla danışır. Renault və Honda motorlarındakı problemlər komandaların testlərdəki fəaliyyətlərində ciddi fasilələr yaradıb. Renault müvəqqəti həll yolu tapıb, lakin motorun potensialından tam istifadə edilməyib.

Red Bull testlərdəki nəticələrə görə Mercedes AMG və Ferrari-dən geri qalıb. Lakin onlar Renault-nun motoru ilk yarışa qədər tam düzəldəcəyinə ümid edirlər. McLaren üçün isə testlər çox bərbad keçib. Güc qurğusunu dəfələrlə dəyişməli olan komanda istədiyi qədər dövrə vura bilməyib. Motorun gücü xeyli məhdudlaşdırılıb, bu da dövrəvi nəticələrə təsir edib.

Sürücülərin qət etdiyi ümumi məsafələr:

YerNSürücüKomandaDövrə sayıKilometr
177Valtteri BottasMercedes AMG6282923.34
25Sebastyan FettelFerrari5912751.105
344Lyuis HəmiltonMercedes AMG4682178.54
49Markus ErikssonSauber4452071.475
519Felipe MassaWilliams4141927.17
618Ləns StrollWilliams3861796.83
720Kevin MaqnussenHaas3691717.695
87Kimi RəykkönenFerrari3651699.075
931Esteban OkonForce İndia3651699.075
1011Serxio PeresForce İndia3491624.595
1133Maks FerstappenRed Bull3471615.285
128Roman QrojanHaas3461610.63
133Daniel RikkardoRed Bull3371568.735
1427Niko HülkenberqRenault3141461.67
1555Karlos SaynsToro Rosso3071429.085
1630Colion PalmerRenault2831317.365
1726Daniil KvyatToro Rosso2771289.435
182Stoffel VandornMcLaren2351093.925
1994Paskal VerlyaynSauber192893.76
2014Fernando AlonsoMcLaren190884.45
2136Antonio CovinatsiSauber151702.905
2234Alfonso SelişForce İndia71330.505

 

Komandaların qət etdiyi məsafələr:

YerKomandaDövrə sayıKilometr
1Mercedes AMG10965101.88
2Ferrari9564450.18
3Williams8003724
4Sauber7883668.14
5Force İndia7853654.175
6Haas7153328.325
7Red Bull6843184.02
8Renault5972779.035
9Toro Rosso5842718.52
10McLaren4251978.375

 

Motorlara görə qət edilən ümumi məsafələr:

YerMotorDövrə sayıKilometr
1Mercedes268112480.055
2Renault18658681.575
3Ferrari16717778.505
4Ferrari-2016 (Sauber)7883668.14
5Honda4251978.375

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 321
Teqlər , , , , , , , ,
Paylaş

logo