Mövsümöncəsi ilk testlər üçün komandaların iş qrafiki

Sabah Barselonada mövsümöncəsi ilk testlər start götürəcək. Dörd gün davam edəcək testlər martın 1-də başa çatacaq.

F-1.az xəbər verir ki, komandaların əksəriyyəti sürücülərin iş qrafikini rəsmən təsdiqləyiblər. Lakin qrafikə dəyişiklik edilə biləcəyi istisna deyil. Barselonada proqnozlar yağış vəd edir və bu, yeni yağış təkərlərinin sınaqdan keçirilməsi üçün yaxşı imkan yarada bilər.

Sabah səhər tezdən testlərdən əvvəl Force İndia və Toro Rosso komandaları yeni maşınlarını təqdim edəcəklər. Lakin onları ilk olaraq yalnız akkreditasiyadan keçən jurnalistlər görə biləcəklər. Tamaşaçılar tribunalara yerli vaxtla saat 8:30-dan etibarən buraxılacaqlar.

Williams və Renault komandaları hər bir test gününü sürücülər arasında bərabər bölüblər, yəni nahara qədər bir sürücü, nahardan sonra isə digər sürücü sükan arxasında işləyəcək. Yalnız ilk günün proqramını açıqlayan Mercedes komandasının da keçən il olduğu kimi, bu il də belə addım atacağı demək olar ki, məlumdur. Williams və Force İndia komandaları ehtiyat sürücülərin köməyindən də istifadə edəcəklər.

Bir daha xatırladaq ki, testlər hər gün səhər yerli vaxtla saat 9:00-da başlayacaq və 18:00-da başa çatacaq, günorta hamı birsaatlıq fasiləyə ayrılacaq. Test günlərində yağıntı ehtimalı yüksəkdir. Lakin bu baş verməsə, testlərin son günü yağış təkərlərin yoxlanması üçün tras süni sulanacaq.

Komanda/Tarix 26 fevral 27 fevral 28 fevral 1 mart
Mercedes AMG Valtteri Bottas

Lyuis Həmilton

elan olunmayıb elan olunmayıb elan olunmayıb
Ferrari Kimi Rəykkönen Sebastyan Fettel Kimi Rəykkönen Sebastyan Fettel
Red Bull Daniel Rikkardo Maks Ferstappen Daniel Rikkardo Maks Ferstappen
Force İndia Nikita Mazepin Esteban Okon Serxio Peres Nikolas Latifi
Williams Ləns Stroll

Sergey Sirotkin

Sergey Sirotkin

Robert Kubitsa

Ləns Stroll

Robert Kubitsa

Sergey Sirotkin

Ləns Stroll

McLaren Fernando Alonso Stoffel Vandorn Fernando Alonso Stoffel Vandorn
Renault Niko Hülkenberq

Karlos Sayns

Karlos Sayns

Niko Hülkenberq

Niko Hülkenberq

Karlos Sayns

Karlos Sayns

Niko Hülkenberq

Toro Rosso Brendon Hartli Pyer Qasli Brendon Hartli Pyer Qasli
Haas Roman Qrojan Kevin Maqnussen Roman Qrojan Kevin Maqnussen
Sauber Markus Eriksson Şarl Lekler Markus Eriksson Şarl Lekler
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*