Motorhoumda yanğın olub

Bu gün səhər Team Lotus komandası ciddi problemlə üzləşib: komandanın texniki motorhoumlarından birində yanğın baş verib. Çox güman ki, yanğına […]

Bu gün səhər Team Lotus komandası ciddi problemlə üzləşib: komandanın texniki motorhoumlarından birində yanğın baş verib.

Çox güman ki, yanğına səbəb elektrik avadanlığının nasazlığı olub, bu avadanlıq treyler paddokda dayanarkən motorhoumun yuxarı mərtəbəsini qaldırır.

Britaniyalı jurnalist Adam Kuper komandanın mexaniklərinə istinadən bildirib ki, yanğın komandaya ciddi zərər vurub, hətta ilkin məlumatlara görə, komandanın telemetriya sistemi sıradan çıxıbmış. Amma sonra komanda təsdiq edib ki, sistem məhz yanmış motorhoumda yerləşsə də, qaydasındadır və tam işləyir. Yeri gəlmişkən qeyd edk ki, motorhoumun yuxarı mərtəbəsində ötürmələr qutusu və hidravlika sisteminin təmiri ilə məşğul olan emalatxana yerləşirmiş.

Yanğından zərər çəkmiş treyler istehsal olunduğu zavoda göndəriləcək və paddoka yalnız Valensiyada qayıda biləcək.

Twitter-dəki mikro-bloqunda Adam Kuper yazır ki, paddoku “pis tüstü qoxusu bürüyüb, Team Lotus-un mexanikləri isə ətrafı təmizləməklə məşğuldurlar. Komanda dəyən zərərin məbləğini də hesablayacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*