22 Noyabr 2017, Çərşənbə - 13:02

MotoGP-də ilk qış testlərində Lorenso birinci yeri tutub

MotoGP-də ilk qış testlərində Lorenso birinci yeri tutub

Müəllif: Rauf Hacıyev, redaktor

20:25 - 03 Fevral, 2016

MotoGP üzrə 2016-cı il mövümündən əvvəl keçirilən ilk qış testləri bu gün başa çatıb. Malayziyanın Sepanq trasında keçirilən ilk qış testlərini Yamaha komandasının sürücüsü Xorxe Lorenso birinci pillədə bitirib…

F-1.az xəbər vermişdi ki, Xorxe Lorenso bazar ertəsi başlayan testlərin ilk gününü 1-ci, ikinci gününü isə 2-ci yerdə başa vurub. Lorenso bu gün testlərin son günündə də birinci pilləni əldə edib.

Testlərin bitməsinə bir saat qalmış tək dövrəlik testlərə fokuslanan Lorenso 1:59.580 zaman dərəcəsi göstərib. Beləliklə, Lorenso 2 dəqiqədən sürətli olan yeganə sürücü olub və testləri birinci pillədə tamamlayıb.

Bu zaman nəticəsi 3 günlük testlərdə ən yaxşı göstərici olub.

Valentino Rossi komanda yoldaşından 0.976 saniyə geri qalıb və ikinci yeri tutub. Honda komandasınn sürücüsü Mark Markes isə Lorensodan 1.303 saniyə geridə qalaraq üçüncü olub.

Qeyd edək ki, testlərin son günü yağışlı havada keçib, amma nahardan sonra yağış kəsib və tras tez quruyub.

Üçgünlük testlər ərzində nəticəsini davamlı olaraq yaxşılaşdıran Kal Kraçlou Lorensodan 1.412 saniyə, Ducati-nin test pilotu Keysi Stouner isə 1.490 geridə qalıb. Bu sürücülər müvafiq olaraq 4-cü və 5-ci yerləri tutublar. Onu da qeyd edək ki, Stouner Ducati sürücüləri arasında ən yaxşı nəticəni göstərib.

Dani Pedrosa, Danilo Petruççi, Andrea Yannone, Skot Reddinq və Meyvrik Vinales ilk onluğu tamamlayan sürücülər olublar.

İkinci qış testləri iki həftədən sonra Avstraliyanın Philip İsland trasında keçiriləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 422
Teqlər , , , , , , , ,
Paylaş

logo