19 Noyabr 2017, Bazar - 01:30

MotoGP-də ikinci qış testləri başa çatıb

MotoGP-də ikinci qış testləri başa çatıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:17 - 19 Fevral, 2016

Avstraliyanın Phillip İsland trasında MotoGP üzrə 2016-cı il mövsümünü ikinci qış testləri başa çatıb. Testlərin üçüncü və son gününü Honda sürücüsü Mark Markes birinci yerdə bitirib…

F-1.az daha əvvəl xəbər vermişdi ki, Honda sürücüləri Malayziyanın Sepanq trasında keçirilən ilk qış testlərində Yamaha sürücülərindən geri qalmışdı. Ancaq Phillip İsland trasında keçirilən ikinci qış testlərində Yamaha və Honda arasındakı fərq azalıb.

Bu gün testlər quru havada başlayıb, amma nahardan sonra yağış başlayıb. Buna baxmayaraq, Mark Markes 1:29.158 zaman dərəcəsi ilə birinci olub və ikinci mövsümöncəsi testləri birinci yerdə bitirib.

Testlərin ikinci günündə birinci yeri tutan Maverik Vinyales 1:29.299 zaman dərəcəsi ilə 2-ci yeri tutub. Kal Kratçlou isə 1:29.348 nəticə ilə testləri 3-cü yerdə bitirib. Hektor Barbera testlərdə 4-cü olub. Mark Markesdən 0.277 saniyə geridə qalan Valentino Rossi beşinci yeri tutub.

Honda komandasının digər sürücüsü Dani Pedrosa 7-ci olub. O komanda yoldaşından 0.448 saniyə geridə qalıb.

Mövsümə Dünya Çempionu statusu ilə başlayacaq Xorxe Lorenso isə testləri 9-cu yerdə başa vurub. O liderdən 0.602 saniyə geridə qalıb.

Seans ərzində bir neçə sürücü qəza edib. Maverik Vinyales, Aleksis Esparqaro, Pol Esparqaro, Tito Rabat, Brədli Smit, Kal Kratçlou, Danilo Petruççi, Evqene Laverti və Xorxe Lorenso qəza edən sürücülər olub…


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 344
Teqlər , , , , , , , , , ,
Paylaş

logo