19 Noyabr 2017, Bazar - 08:50

Montsa rəhbərliyi yeni müqaviləni mövsüm başlanmamışdan bağlamaq istəyir

Montsa rəhbərliyi yeni müqaviləni mövsüm başlanmamışdan bağlamaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

16:31 - 08 Fevral, 2016

Əfsanəvi Montsa avtodromu maliyyə çətinliklərinə görə təqvimdəki yerini itirə bilərdi. Amma artıq bu təhlükə sovuşub və avtodromun rəhbərliyi yeni müqavilənin tezliklə imzalanmasını istəyir.

F-1.az xatırladır ki, keçən ilin dekabr ayında İtaliya parlamenti qanunda dəyişiklik edərək milli ACİ avtomobil klubuna İtaliya Qran Prisinin maliyyələşdirilməsində iştirak etməyə icazə vermişdi. Bununla da mövcud problem öz həllini tapmış, təşkilatçılar Formula1 rəhbərliyi ilə 7 illik müqavilə üçün razılığa gəlmişdilər.

Anjelo Stikki Damyani: “Mövsüm başlanmamışdan müqaviləni imzalayıb Montsanın bundan sonra da İtaliya Qran Prisinə ev sahibliyi edəcəyini elan etmək istəyirik. Təqvimdə qalacağımızdan əminəm. Berni ilə razılaşmışıq. O, sadiq insandır. Təkcə maliyyə məsələsi yox, dəqiqləşdirilməli olan başqa nüanslar da var”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , , , ,
Paylaş

logo