Monakoda komandalar DRS-dən istifadə edəcəklər

Bu gün səhər komandalar FİA-nın texniki nümayəndəsi və yarış direktoru Çarli Uaytinqdən məktub alıblar, məktubda komandaların Monako Qran Prisi zamanı […]

Bu gün səhər komandalar FİA-nın texniki nümayəndəsi və yarış direktoru Çarli Uaytinqdən məktub alıblar, məktubda komandaların Monako Qran Prisi zamanı arxa antiqanadın hərəktli elementindən, yəni havaya qarşı müqaviməti azaldan sistemdən (DRS) istifadə edəcəkləri bildirilib.

Bəzi sürücülər Monte Karlo küçələrində sistemdən istfadənin təhlükəli olmasından narahatlıq bildirmişdilər, amma sürücülərlə və komandalarla məsləhətləşmələrdən sonra FİA istisnaya yol verməyib – DRS cümə axşamı və şənbə günləri azad istifadə olunacaq, bazar günü isə ötmə zonası boksların önündəki düz yolda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*