Monakoda Ferrari-dən son 16 ildə ilk qələbə!

Monte Karloda yarışa ilk cərgədən başlayan italyan komandasının sürücüləri dünənki uğuru davam etdiriblər.

F-1.az xəbər verir ki, startda heç bir insident baş verməyib və sürücülər yerlərini qoruyublar. Əvvəli maraqsız keçən yarışın ikinci hissəsi hadisələrlə zəngin olub. Maks Ferstappenin pit-stopa gəlməsi digər komandaları da hərəkətləndirib. Red Bull-a ilk cavab Ferrari-dən gəlib – yarışın lideri Kimi Rəykkönen pitə çağırılıb. Ferrari Fetteli, Mercedes AMG isə Həmiltonu daha çox trasda saxlayıb və bu addım hər iki sürücünün xeyrinə olub. Ardıcıl sürətli dövrələr vuran Fettel pit-stopdan qayıdan Kimini üstələyərək liderliyi ələ keçirib.

Verlyaynı keçməyə çalışan Batton alman sürücünün ciddi qəza etməsinə səbəb olub. Bu qəza trasda hadisələri alovlandırıb. Təhlükəsizlik maşını trası tərk edərkən Eriksson qəzaya uğrayıb. Daha sonra həmin yerdə Vandorn üçün yarış sona çatıb. Növbəti insident isə Pereslə Kvyat arasında yaşanıb. Force İndia sürücüsünün Daniilə hücumu hər iki sürücü üçün pis nətcələnib – Kvyat yarışı dayandırıb, Peres isə təkəri deşildiyindən əlavə pit-stop edərək xal qazanmaqdan məhrum olub.

Sebastyan Fettel bu mövsüm üçüncü qələbəsini qazanıb. Rəykkönen ikinci olub və komanda dubl edib. Rikkardo isə ardıcıl ikinci yarışda podiumun son pilləsinə yüksəlib.

Yarış barədə ətraflı az sonra F-1.az-da…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*