20 Noyabr 2018, Çərşənbə axşamı - 19:46

Monako Qran Prisi: Yarış

Monako Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:06 - 03 İyun, 2013

Quru. Günəşli. Havanın temperaturu +19° C, trasın temperaturu +39° C Monakoda sıralanma turunu həmişə uik-endin əsas sessiyası hesab edirlər və […]

Quru. Günəşli. Havanın temperaturu +19° C, trasın temperaturu +39° C

Monakoda sıralanma turunu həmişə uik-endin əsas sessiyası hesab edirlər və bu dəfə poul uğrunda mübarizə qurumaqda olan trasda baş tutmuşdu. Top-komandalar arasında qüvvələr nisbətinə hava şəraiti təsir etməyib – son Qran Prilərdə olduğu kimi poulu Niko Rosberq qazanıb, ikinci yeri isə onun komanda yoldaşı Lyuis Həmilton tutub.

Mercedes AMG komandasına məxsus ilk cərgənin arxasında Red Bull komandasının sürücüləri yerləşiblər, titula digər namizədlər Rəykkönen və Alonso üçüncü cərgədə yer alıblar. Felipe Massa şənbə sərbəst yürüşlərində qəzaya uğrayıb və zədələnmiş maşını komanda sıralanma turuna qədər bərpa edə bilməyib. Jül Byankinin maşınında isə ilk cəhdinə çıxış dövrəsində motor imtina edib – amma hər iki sürücü stüardların qərarına əsasən yarışın startına buraxılıblar.

Dünən Qido van der Qarde karyerasında ilk dəfə sıralanma turunun ikinci sessiyasında iştirak edib və Caterham üçün ən yüksək start mövqeyini qazanıb – 15-ci yer. Maks Çiltonun maşınında Marussia-nın mexanikləri ötürmələr qutusunu dəyişdikləri üçün sürücü 5 yer itirməklə cəza alıb, amma faktiki olaraq 2 yer itirib.

Pirelli şirkəti ənənəvi olaraq Monakoya ən yumşaq təkər cütlüyünü gətirib – Soft və SuperSoft, amma şəhər trasında təkərlərin yeyilməsi elə də çox olmur, ona görə də bu dəfə təkər faktoru həlledici olmayıb. Rikkardo, Qrojan, Qutyerres və Massa starta Soft təkərlərlə çıxıblar, digər sürücülər isə SuperSoft-a üstünlük veriblər.

Startdan əvvəl Jül Byankinin maşını qızdırma dövrəsinə başlaya bilməyib və mexaniklər maşını boksa itələyiblər.

Startda Rosberq liderliyi qoruya bilib, Fettel Həmiltona hücum etsə də, Lyuis ikinci qalıb. Maldonado və van der Qarde 10-cu döngədə təmas yaşayıblar və hər ikisi boksa yollanıblar. McLaren sürücüləri arasında da təmas olsa da, maşınlara xətər toxunmayıb. Battonun hücumlarından müdafiə olunan Peres şikananı kəsməli olub, ona görə də tezliklə mövqeyini Censona qaytarıb. 3-cü dövrədə ilk onluq: Rosberq – Həmilton – Fettel – Uebber – Rəykkönen – Alonso – Peres – Batton – Sutil – Vern.

Vəziyyət tezliklə stabilləşib, peleton uzanıb – mühəndislər sürücülərə məsləhət görüblər ki, təkərlərin yeyilməsini azaltmaq üçün qarşıdakı maşınla ikisaniyəlik interval saxlasınlar.

9-cu dövrədə Rascasse döngəsində Pikin maşını alovlanıb – marşallar yanğınsöndürənlərdən istifadə ediblər, Şarl isə boksa piyada qayıdıb. 25-ci dövrədə ilk onluq: Rosberq – Həmilton – Fettel – Uebber – Rəykkönen – Alonso – Batton – Peres – Sutil – Vern.

26-cı dövrədə Uebber boksa yollanıb, 27-ci dövrədə Rəykkönen, Batton və Massa, 28-ci dövrədə Hülkenberq, 29-cu dövrədə Alonso, 30-cu dövrədə Peres və Vern yeni təkər dəsti alıblar. İlk pit-stoplardan sonra peletonda yerdəyişmə olmayıb.

30-cu dövrədə Massa birinci döngədə qəzaya uğrayıb – qəza, dünən səhər baş verən qəzaya çox oxşayıb, amma bu dəfə zərbə daha qüvvətli olub – Felipe trasın tibb mərkəzinə çatdırılıb.

31-ci dövrədə Fettel təkərlərini dəyişib və dərhal Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Təkər dəyişməyən sürücülər boksa tələsiblər – liderlik edən Mercedes AMG sürücüləri də yeni təkər dəsti almağa yollanıblar. Rosberq trasa qayıdarkən liderliyini qoruya bilib, amma Həmilton hər iki Red Bull sürücüsünü buraxmalı olub. 33-cü dövrədə ilk onluq: Rosberq – Fettel – Uebber – Həmilton – Rəykkönen – Alonso – Batton – Peres – Sutil – Vern.

39-cu dövrədə yarışa restart verilib. Rosberq liderliyini qoruyub, ilk onluqda yerdəyişmə olmayıb. 42-ci dövrədə Alonso Rəykkönenə hücum edib, bu zaman Batton onu keçməyə cəhd edib, maşınlar təmas yaşasa da, hər ikisi yarışı davam etdiriblər.

46-cı dövrədə Çilton və Maldonado arasında yaşanan təmas ciddi qəzaya səbəb olub: Williams-in ön antiqanadı qırılaraq maşının altında qalıb və Pastor böyük sürətlə Tecpro baryerlərinə çırpılıb. Yarış qırmızı bayraqlarla dayandırılıb. Pastor kokpiti müstəqil tərk edib və komandasına hər şeyin qaydasında olduğunu bildirib.

Sürücülər maşınlarını tərk ediblər – dağılmış baryerin bərpası və qırıntıların təmizlənməsi zaman tələb edib. Bütün sürücülər yeni təkər dəsti alıblar. Pauza 25 dəqiqə sürüb.

Alonsoya bildirilib ki, Peresi buraxmalıdır – pauzadan bir qədər əvvəl ispaniyalı sürücü meksikalı sürücünün hücumlarından müdafiə olunarkən şikananı kəsməli olmuşdu. 49-cu dövrədə ilk onluq: Rosberq – Fettel – Uebber – Həmilton – Rəykkönen – Peres – Alonso – Batton – Sutil – Vern.

Maldonado ilə insidentə görə stüardlar Çiltonu pit-leyndən keçməklə cəzalandırıblar. 52-ci dövrədə Sutil Battonu qabaqlayıb, 57-ci dövrədə isə Alonsonu da üstələyərək yeddinciliyə yüksəlib.

Rosberq inamla liderlik edib, amma Fettelin araxsında böyük qatar əməl gəlib – 9 sürücü 5 saniyəyə, 15 sürücü isə 10 saniyəyə yerləşib, amma sürücülər mövqe uğrunda mübarizə aparmayıblar: qəza riski yüksək olub.

60-cı dövrədə Byanki birinci döngədə qəzaya uğrayıb, 62-ci dövrədə isə Qrojan tunelin çıxışında Rikkardoya çırpılıb – hər üç sürücü mübarizəni dayandırıb. Qırıntıları yığmaq üçün TM yenidən trasa çıxıb. 64-cü dövrədə ilk onluq: Rosberq – Fettel – Uebber – Həmilton – Rəykkönen – Peres – Sutil – Alonso – Batton – Vern.

67-ci dövrədə restart verilib. Rosberq bir daha liderliyini qoruya bilib, peletonda yerdəyişmə olmayıb. 70-ci dövrədə Peres Rəykkönenə hücum edib, uğursuz hücum zamanı finlandiyalı sürücünün maşınında təkər deşilib, meksikalı sürücünün isə ön antiqanadı qırılıb. Kimi boksa yollanıb və yeni təkərlərlə trasa sonuncu qayıdıb. Batton Alonsonu yeddinci yer uğrunda mübarizədə üstələyib.

Peresin maşını yavaşıyıb və 74-cü dövrədə trasda dayanıb. Rəykkönen son dövrələrdə hücum edərək onluğa qayıda bilib.

Niko Rosberq startdan finişə qədər liderlik edərək mövsümdə birinci, karyerasında isə ikinci qələbəsini qazanıb. Otuz il əvvəl onun atası Keke Rosberq knyazlıqda qələbə qazanmışdı…

Rosberqlə birlikdə knyazın yanına Fettel və Uebber də qalxıblar. Sebastyan və Red Bull komandası çempionatda mövqelərini möhkəmlədiblər. Bu maraqlı mübarizənin davamını isə iki həftədən sonra Kanadada görəcəyik…

YerPilotKomandaMotorVaxt
01N.RosberqMercedes AMGMercedes2.17:52.056
02S.FettelRed BullRenault+ 0:03.888
03M.UebberRed BullRenault+ 0:06.314
04L.HəmiltonMercedes AMGMercedes+ 0:13.894
05A.SutilForce İndiaMercedes+ 0:21.477
06C.BattonMcLarenMercedes+ 0:23.103
07F.AlonsoFerrariFerrari+ 0:26.734
08J.E.VernToro RossoFerrari+ 0:27.223
09P.di RestaForce İndiaMercedes+ 0:27.608
10K.RəykkönenLotusRenault+ 0:36.582
11N.HülkenberqSauberFerrari+ 0:42.572
12V.BottasWilliamsRenault+ 0:42.691
13E.QutyerresSauberFerrari+ 0:43.212
14M.ÇiltonMarussiaCosworth+ 0:49.885
15Q.van der QardeCaterhamRenault+ 1:02.590
16S.PeresMcLarenMercedes+ 6 dövrə
R.QrojanLotusRenault
D.RikkardoToro RossoFerrari
J.ByankiMarussiaCosworth
P.MaldonadoWilliamsRenault
F.MassaFerrariFerrari
Ş.PikCaterhamRenault

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:16.577 (77-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault107
02K.RəykkönenLotusRenault86
03F.AlonsoFerrariFerrari78
04L.HəmiltonMercedes AMGMercedes62
05M.UebberRed BullRenault57
06N.RosberqMercedes AMGMercedes47
07F.MassaFerrariFerrari45
08P.di RestaForce İndiaMercedes28
09R.QrojanLotusRenault26
10C.BattonMcLarenMercedes25
11A.SutilForce İndiaMercedes16
12S.PeresMcLarenMercedes12
13D.RikkardoToro RossoFerrari7
14N.HülkenberqSauberFerrari5
15J.E.VernToro RossoFerrari5
16E.QutyerresSauberFerrari0
17V.BottasWilliamsRenault0
18P.MaldonadoWilliamsRenault0
19J.ByankiMarussiaCosworth0
20Ş.PikCaterhamRenault0
21M.ÇiltonMarussiaCosworth0
22Q.van der QardeCaterhamRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault164
02FerrariFerrari123
03LotusRenault112
04Mercedes AMGMercedes109
05Force İndiaMercedes44
06McLarenMercedes37
07Toro RossoFerrari12
08SauberFerrari5
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

Monako Qran Prisi: Yarış

Monako Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:06 - 28 May, 2012

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +31° C Mixael Şumaher dünən Monakoda sıralanma turunda poul qazansa da, bu […]

Quru. Buludlu. Havanın temperaturu +21° C, trasın temperaturu +31° C

Mixael Şumaher dünən Monakoda sıralanma turunda poul qazansa da, bu gün yarışa altıncı yerdən başlamalı idi – iki həftə əvvəl Barselonada yeddiqat dünya çempionu Senna ilə toqquşmada təqsirkar bilinmişdi. Startda 15 yer Pastor Maldonado itirməli olmuşdu – dünən səhər Serxio Peresi bolka saldığı üçün 10 yer və maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün daha 5 yer.

İlk cərgədən isə yarışa Uebber və Rosberq start almalı olublar. Start düzlüyündə yalnız beş sürücünün – Fettel, Batton, di Resta, Petrov və de la Rosanın Soft təkərlərlə yarışa başlamaları məlum olub.

Uebber poulun üstünlüyünü saxlayıb, Qrojan Alonso ilə toqquşmadan sonra sola çəkilib və Şumaherdən zərbə alıb. Arxadan gələn Kobayaşi Qrojana çırpılıb, arxada isə Maldonado de la Rosaya arxadan çırpılıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb.

Restartda sürücülərin mövqeləri dəyişməyib. Vəziyyət stabilləşib, sürücülər sıx qrupla hərəkət ediblər. Kobayaşi boksda dayanmalı olub – startda Qrojanla təmas asılqanlar üçün ciddi olub. 17-ci dövrədə Petrov elektrik problemlər üzündən yarışdan kənar qalıb.

28-ci dövrədə Rosberq pit-stop keçirib, bir dövrə sonra Uebber və Həmilton, 30-cu dövrədə Rəykkönen, Hülkenberq və Senna, 31-ci dövrədə Alonso ilk dəfə mexaniklərə qonaq oublar. Ferrari-nin mexanikıəri cəld tərpəniblər və Alonso trasa Həmiltonun önündə qayıdıb. 31-ci dövrədə Massa təkərlərini dəyişib. Fettel isə trasda qalıb və yarışa başçılıq edib, almaniyalı sürücü artıq böyük məsafə qət etmiş Soft təkərlərlə yüksək temp saxlaya bilib.

35-ci dövrədə Şumaher, 36-cı dövrədə di Resta, 39-cu dövrədə Batton təkərlərini dəyişiblər. Stüardlar Rəykköneni bloka saldığı üçün Peresi pit-leyndən keçməklə cərimə ediblər.

Fettel 47-ci dövrədə pit-stopa yönəlib və trasa dördüncü yerdə qayıdıb. 50-ci dövrədə ilk onluq: Uebber, Rosberq, Alonso, Fettel, Həmilton, Massa, Şumaher, Vern, di Resta və Hülkenberq.

Yarışın gedişində komandalar Meteo France şirkətindən yağışın yağması barədə məlumatlar alsalar da, buludlar trasdan yan keçiblər – ona görə də sürücülərə əmr olunub ki, təkərləri qorusunlar.

Şumaher sürətini itirməyə başlayıb və 65-ci dövrədə boksda dayanıb. Batton bütün yarışı Kovalaynenin arxasında keçirib, bir neçə dəfə hücum edib, növbəti hücumların birində yerində fırlanıb və mübarizədən kənar qalıb.

Son dövrələrdə Uebber sürətini azaldıb və arxasında böyük qrup toplayıb, ilk altılıq cəmi 4 saniyə intervalında hərəkət edib. Trasa nadir yağış damcıları düşməyə başlayıb – Toro Rosso 7-ci yerdə olan Verni boksa çağıraraq maşına keçid təkərlər taxıb, amma lyesan yağış yalnız finişdən sonra başlayıb.

Ötmələrin olmamasına baxmayaraq, yarış çox gərgin alınıb. Uebber finiş xəttini birinci keçib və mövsümdə ilk, karyerasında isə 8-ci qələbəsini qazanıb. Podiuma Markla birlikdə Rosberq və Alonso qalxıblar.

Mövsümün ilk altı yarışında altı qalib gördük – mövsümün fantastik başlanğıcı, iki həftədən sonra Kanadada davamını gözləyirik!

YerPilotKomandaMotorVaxt
01M.UebberRed BullRenault1.46:06.557
02N.RosberqMercedes AMGMercedes+ 0:00.643
03F.AlonsoFerrariFerrari+ 0:00.947
04S.FettelRed BullRenault+ 0:01.343
05L.HəmiltonMcLarenMercedes+ 0:04.101
06F.MassaFerrariFerrari+ 0:06.195
07P.di RestaForce İndiaMercedes+ 0:41.537
08N.HülkenberqForce İndiaMercedes+ 0:42.562
09K.RəykkönenLotusRenault+ 0:44.036
10B.SennaWilliamsRenault+ 0:44.516
11S.PeresSauberFerrari+ 1 dövrə
12J.E.VernToro RossoFerrari+ 1 dövrə
13H.KovalaynenCaterhamRenault+ 1 dövrə
14T.QlokMarussiaCosworth+ 1 dövrə
15N.KartikeyanHRTCosworth+ 2 dövrə
16C.BattonMcLarenMercedes+ 8 dövrə
D.RikkardoToro RossoFerrari
Ş.PikMarussiaCosworth
M.ŞumaherMercedes AMGMercedes
V.PetrovCaterhamRenault
K.KobayaşiSauberFerrari
P.de la RosaHRTCosworth
P.MaldonadoWilliamsRenault
R.QrojanLotusRenault

Sürətli dövrə: Serxio Peres (Sauber) – 1:17.250 (49-cu dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari76
02S.FettelRed BullRenault73
03M.UebberRed BullRenault73
04L.HəmiltonMcLarenMercedes63
05N.RosberqMercedes AMGMercedes59
06K.RəykkönenLotusRenault51
07C.BattonMcLarenMercedes45
08R.QrojanLotusRenault35
09P.MaldonadoWilliamsRenault29
10S.PeresSauberFerrari22
11P.di RestaForce İndiaMercedes21
12K.KobayaşiSauberFerrari19
13B.SennaWilliamsRenault15
14F.MassaFerrariFerrari10
15N.HülkenberqForce İndiaMercedes7
16J.E.VernToro RossoFerrari4
17D.RikkardoToro RossoFerrari2
18M.ŞumaherMercedes AMGMercedes2
19H.KovalaynenCaterhamRenault0
20T.QlokMarussiaCosworth0
21Ş.PikMarussiaCosworth0
22N.KartikeyanHRTCosworth0
23V.PetrovCaterhamRenault0
24P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault146
02McLarenMercedes108
03FerrariFerrari86
04LotusRenault86
05Mercedes AMGMercedes61
06WilliamsRenault44
07SauberFerrari41
08Force İndiaMercedes28
09Toro RossoFerrari6
10CaterhamRenault0
11MarussiaCosworth0
12HRTCosworth0

Monako Qran Prisi: Yarış

Monako Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:43 - 29 May, 2011

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +47° C Monakoda sıralanma turu xüsusi əhəmiyyət kəsb edir, amma bu dəfə […]

Quru. Günəşli. Havanın temperaturu +25° C, trasın temperaturu +47° C

Monakoda sıralanma turu xüsusi əhəmiyyət kəsb edir, amma bu dəfə sıralanma turu fərqli senari üzrə keçib. Sonuncu sessiyada tunelin çıxışında Serxio Peresin qəzası uzun fasiləyə səbəb olub – sürücünün evakuasiyası və baryerin bərpasına qırx dəqiqə vaxt lazım olub, sürücülər trasa qayıtdıqdan sonra heç biri nəticəsini yaxşılaşdıra bilməyib.

Lyuis Həmiltonun ən yaxşı (yeganə) nəticəsi stüardlar tərəfindən ləğv olunub – britaniyalı sürücü şikananı kəsib, ona görə də doqquzuncu yerdən start almalı olub. Karyerasında 20-ci, mövsümdə isə 5-ci poulu Sebastyan Fettel qazanıb – elə ilk cəhdində almaniyalı sürücü trasın rekorduna da imza atıb.

Hispania sürücüləri sıralanma turunda iştirak etməyiblər, amma stüardlar onları yarışa buraxıblar.

Startda Fettel poulun üstünlüyünü saxlayıb, Alonso Uebberi qabaqlayıb, Rosberq və Petrov iki mövqe qazanıblar, Şumaher onuncu yerə düşüb, amma birinci dövrənin sonuna qədər Həmiltonu keçə bilib. Sebastyan isə peletondan 2.4 saniyə uzaqlaşıb.

Həmilton Şumaherə hər dövrədə, hər döngədə hücumlar edib, amma Monakoda ötməyə heç DRS də kömək etməyib. Nəhayət, onuncu dövrənin birinci döngəsində Lyuis irəli çıxıb. 12-ci dövrədə isə Barrikello Mixaeli qabaqlayıb – yeddiqat dünya çempionu təkərlərin dənlə örtülməsindən gileylənib və pit-stopa yönəlib: mexaniklər təkərlərlə yanaşı burun elementini də dəyişiblər.

15-ci döngədə Massa və Maldonado Rosberqi keçiblər. 16-cı dövrədə Batton və Rosberq pit-stop keçiriblər, 17-ci dövrədə Uebber və Alonso təkərlərini dəyişiblər – Red Bull mexanikləri ləngiyiblər və Fettel Battonun arxasında trasa qayıdıb. Batton SuperSoft təkərlərlə olduğu üçün Sof təkərlərlə trasa qayıtmış Fettel və Alonsodan hər dövrə iki saniyə sürətli olub.

Digər sürücülər isə fərqli taktika seçiblər, Həmilton 21-ci dövrədə boksa tələsib – McLaren mexanikləri də qiymətli vaxt itiriblər. 27-ci dövrədə Maldonado, bir dövrə sonra isə Massa və Petrov təkərlərini dəyişiblər.

Di Resta Algersuariyə sancaq döngəsində hücum edib, təmas baş verib, stüardlar Polu pit-leyndən keçməklə cərimə ediblər. 32-ci dövrədə elə həmin yerdə Həmilton və Massa təmas yaşayıblar, yarışa davam etsələr də tuneldə Felipe çırkli xarici radiusa çıxıb, divarlara çırpılan braziliyalı sürücü yarışdan kənar qalıb. Trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. Sürücülərin çoxu pit-stopa tələsib, yarışın bu hissəsinə kimi pit-stop keçirməyən sürücülər ciddi üstünlük qazanıblar. Şumaher pit-leynin girişində maşını saxlayıb.

39-cu dövrədə restart elan olunub. Stüardlar Massa ilə insidentə görə Həmiltonu pit-leyndən keçməklə cərimələyiblər. 48-ci dövrədə Batton üçüncü pit-stopunu keçirib və trasa üçüncü yerdə qayıdıb. 50-ci dövrədə Həmilton, 55-ci dövrədə Maldonado və Rosberq, 56-cı dövrədə isə Uebber pit-stoplarnı reallaşdırıblar. Fettel sarı təkərlərlə uzun müddət trasda qaldığı üçün tədricən sürətini itirib – Alonso fərqi minimuma endirib. Yeni təkərlərlə trasa qayıdan Batton da sürətlə liderlərə yaxınlaşıb.

61-ci dövrədə Kobayaşi Sutili qabaqlayaraq dördüncülüyə yüksəlib. Bir dövrədən sonra Uebber Sutil və Petrovu keçib. İlk üçlük isə fərqli taktika seçməsinə baxmayaraq (Fettel bir pit-stop keçirib, Alonso iki, Batton üç), son dövrələrdə hamı gərgin mübarizəyə hazırlaşıb.

68-ci dövrədə liderlər geri qalan sürücülər qrupuna yaxınlaşıblar. Bu zaman Sutil səhvə yol verib və baryerə toxunub, nəticədə arxa sağ təkəri partlayıb, şikananı kəsib və insidentlər reaksiyası başlayıb: Algersuari Həmiltona arxadan çırpılıb, Petrov təmasdan qurtulmaq üçün qoruyucu baryerə çırpılıb.

TM ikinci dəfə trasa çıxıb, Petrovun evakuasiyası üçün həkimlər briqadası da hadisə yerinə tələsib. 72-ci dövrədə isə qırmızı bayraqlar dalğalanıb, yarış dayandırılıb. Yarışın rəhbərliyi qərara alıb ki, tras təmizləndikdən sonra restart elan olunacaq. Petrov tibb maşını ilə dünən Peresin yerləşdirildiyi hospitala göndərilib.

Sürücülər start-finiş düzlüyündə restarta hazırlaşıblar – yarşın sonuna 6 dövrə qalıb. İnsidentdən iyirmi dəqiqə sonra yarış davam edib – sürücülər bir dövrə TM-in arxasında vurduqdan sonra mübarizə yenidən qızışıb. Elə birinci döngədə Maldonado və Həmilton təmas yaşayıblar, Pastor yarışdan kənar qalıb – bu insidenti stüardlar yarışdan sonra araşdıracaqlar. Uebber Kobayaşini keçərək dördüncülüyə yüksəlib və son dövrədə ən yaxşı nəticəsini göstərib.

İlk üçlükdə isə vəziyyət dəyişməyib – Sebastyan Fettel inamlı qələbə qazanıb: mövsümdə 5-ci, karyerasında isə 15-ci. Monako knyazının lojasına Fettelə birlikdə Alonso və Batton qalxıblar. Növbəti yarış iki həftədən sonra Monrealda keçiriləcək…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault2.09:38.373
02F.AlonsoFerrariFerrari+ 0:01.138
03C.BattonMcLarenMercedes+ 0:02.378
04M.UebberRed BullRenault+ 0:23.100
05K.KobayaşiSauberFerrari+ 0:26.900
06L.HəmiltonMcLarenMercede+ 0:47.200 (*)
07A.SutilForce İndiaMercedes+ 1 dövrə
08N.HaydfeldLotus Renault GPRenault+ 1 dövrə
09R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
10S.BuemiToro RossoFerrari+ 1 dövrə
11N.RosberqMercedes GPMercedes+ 1 dövrə
12P.di RestaForce İndiaMercedes+ 2 dövrə
13Y.TrulliTeam LotusRenault+ 2 dövrə
14H.KovalaynenTeam LotusRenault+ 2 dövrə
15J.D’AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
16V.LiutsiHispaniaCosworth+ 3 dövrə
17N.KartikeyanHispaniaCosworth+ 3 dövrə
18P.MaldonadoWilliamsCoswort+ 5 dövrə
V.PetrovLotus Renault GPRenault
X.AlgersuariToro RossoFerrari
F.MassaFerrariFerrari
M.ŞumaherMercedes GPMercedes
T.QlokMarussia VirginCosworth
S.PeresSauberFerrari

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:16.234 (78-ci dövrə).

Qeyd: (*) Lyuis Həmilton son nəticəsinin üzərinə 20 saniyə əlavə edilməklə cərimə olunub.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault143
02L.HəmiltonMcLarenMercede85
03M.UebberRed BullRenault79
04C.BattonMcLarenMercedes76
05F.AlonsoFerrariFerrari59
06N.HaydfeldLotus Renault GPRenault29
07N.RosberqMercedes GPMercedes26
08F.MassaFerrariFerrari24
09V.PetrovLotus Renault GPRenault21
10K.KobayaşiSauberFerrari19
11M.ŞumaherMercedes GPMercedes14
12A.SutilForce İndiaMercedes8
13S.BuemiToro RossoFerrari7
14R.BarrikelloWilliamsCosworth0
15S.PeresSauberFerrari2
16P.di RestaForce İndiaMercedes2
17X.AlgersuariToro RossoFerrari0
18Y.TrulliTeam LotusRenault0
19H.KovalaynenTeam LotusRenault0
20J.D’AmbrozioMarussia VirginCosworth0
21P.MaldonadoWilliamsCoswort0
22T.QlokMarussia VirginCosworth0
23V.LiutsiHispaniaCosworth0
24N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault222
02McLarenMercedes161
03FerrariFerrari93
04Lotus Renault GPRenault50
05Mercedes GPMercedes40
06SauberFerrari21
07Force İndiaMercedes10
08Toro RossoFerrari7
09WilliamsCosworth2
10Team LotusRenault0
11Marussia VirginRenault0
12HispaniaCosworth0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər , , , , , ,
Paylaş

logo