20 Fevral 2018, Çərşənbə axşamı - 11:37

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:46 - 23 May, 2015

Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +14°-16° C, trasın temperaturu +16°-19° C Gecə Monakoda yağış yağıb, amma birinci sərsbəst yürüşlərin […]

Qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +14°-16° C, trasın temperaturu +16°-19° C

Gecə Monakoda yağış yağıb, amma birinci sərsbəst yürüşlərin əvvəlinə asfalt quruyub – sürücülər ilk dövrəyə keçid təkərlərlə çıxsalar da, tezliklə slik təkərlərlə trasa qayıdıblar. Həmişə olduğu kimi, cümə axşamı trasın vəziyyəti yaxşı olmayıb, sürücülər Soft təkərlərin, xüsusən də ön təkərlərin gec qızmasından gileyləniblər.

Censon Battonun maşını uzun müddət boksa sökülmüş vəziyyətdə qalıb – enerji toplayıcısını və elektron idarəetmə blokunu dəyişmək lazım olub, britaniyalı sürücü sessiyanın ikinci yarısında trasa çıxa bilib.

Mercedes AMG sürücüləri elə ilk dövrələrdən yüksək sürət nümayiş etdiriblər, digər sürücülər yalnız sessiyanın sonunda sürətə işləməyə başlayıblar, son nəticədə isə Mercedes AMG sürücülərini 7 sürücü ayırıb.

Ən yaxşı nəticəni Həmilton göstərib – 1:18.750, ən çox məsafəni də Lyuis qət edib. F-1.az xatırladır ki, nahardan sonra məşqlər davam edəcək…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:18.75049
02M.FerstappenToro RossoRenault1:18.899+ 0.14942
03D.RikkardoRed BullRenault1:19.086+ 0.33627
04S.FettelFerrariFerrari1:19.134+ 0.38431
05K.SaynsToro RossoRenault1:19.245+ 0.49540
06P.MaldonadoLotusMercedes1:19.454+ 0.70435
07D.KvyatRed BullRenault1:19.520+ 0.77033
08K.RəykkönenFerrariFerrari1:19.679+ 0.92931
09N.RosberqMercedes AMGMercedes1:19.762+ 1.01247
10F.MassaWilliamsMercedes1:19.766+ 1.01632
11F.AlonsoMcLarenHonda1:19.791+ 1.04128
12C.BattonMcLarenHonda1:20.202+ 1.45215
13R.QrojanLotusMercedes1:20.274+ 1.52434
14S.PeresForce İndiaMercedes1:20.619+ 1.86935
15N.HülkenberqForce İndiaMercedes1:20.784+ 2.03434
16F.NasrSauberFerrari1:20.857+ 2.10724
17V.BottasWilliamsMercedes1:20.917+ 2.16736
18M.EriksonSauberFerrari1:21.219+ 2.46925
19U.StivensManorFerrari1:23.234+ 4.48428
20R.MerhiManorFerrari1:23.404+ 4.65431

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:31 - 25 May, 2013

Quru. Günəşli. Havanın temperaturu +23°-24° C, trasın temperaturu +29°-31° C Monakoda ilk sərbəst yürüşlər sakit keçib – ilk yarım saat […]

Quru. Günəşli. Havanın temperaturu +23°-24° C, trasın temperaturu +29°-31° C

Monakoda ilk sərbəst yürüşlər sakit keçib – ilk yarım saat sürücülər boksdan çıxmayıblar, yalnız sessiyanın ikinci yarısında komandalar işə başlayıblar. Trasın vəziyyəti yaxşı olmayıb – səhər yalnız Renault 3.5 Formulasının məşqləri keçib və qəza üzndən yarımçıq dayandırılıb, ona görə də sürücülər tədricən sürətlərini artırıblar.

Baryerlərlə təmas və təhlükəsizlik zonalarına çıxmaqdan yaxa qurtarmaq mümkün olmayıb, Sutil St.Devote döngəsində fırlanıb, amma ciddi insident yaşanmayıb. Protokollara isə Niko Rosberq başçılıq edib – 1:16.195, ən böyük məsafəni də Niko qət edib – 30 dövrə.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:16.19531
02F.AlonsoFerrariFerrari1:16.282+ 0.08727
03R.QrojanLotusRenault1:16.380+ 0.18521
04F.MassaFerrariFerrari1:16.394+ 0.19923
05L.HəmiltonMercedes AMGMercedes1:16.469+ 0.27428
06P.MaldonadoWilliamsRenault1:16.993+ 0.79827
07M.UebberRed BullRenault1:17.020+ 0.82527
08C.BattonMcLarenMercedes1:17.129+ 0.93429
09S.PeresMcLarenMercedes1:17.378+ 1.18325
10S.FettelRed BullRenault1:17.380+ 1.18523
11K.RəykkönenLotusRenault1:17.509+ 1.31426
12P.di RestaForce İndiaMercedes1:17.548+ 1.35327
13A.SutilForce İndiaMercedes1:17.625+ 1.43020
14N.HülkenberqSauberFerrari1:18.193+ 1.99826
15J.E.VernToro RossoFerrari1:18.454+ 2.25925
16E.QutyerresSauberFerrari1:18.754+ 2.55928
17V.BottasWilliamsRenault1:18.830+ 2.63528
18D.RikkardoToro RossoFerrari1:19.067+ 2.87225
19Q.van der QardeCaterhamRenault1:19.203+ 3.00821
20Ş.PikCaterhamRenault1:19.438+ 3.24328
21J.ByankiMarussiaCosworth1:19.773+ 3.57820
22M.ÇiltonMarussiaCosworth1:20.225+ 4.03021

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:13 - 26 May, 2012

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +28°-33° C Formula1 sürücülərindən əvvəl Monte Karlonun küçələrinə yalnız Renault Dünya seriyasının […]

Quru. Günəşli. Havanın temperaturu +22°-23° C, trasın temperaturu +28°-33° C

Formula1 sürücülərindən əvvəl Monte Karlonun küçələrinə yalnız Renault Dünya seriyasının sürücüləri çıxmışdıalr, ona görə də asfalt yaxşı vəziyyətdə deyildi, sürücülər bir dövrə vuraraq boksa qayıdıblar. Yalnız bir saatdan sonra trasda aktiv iş başlayıb.

Komandalar Monako Qran Prisinə antiqanadların bir neçə variantını hazırlayıblar ki, asfalta yatma qüvvəsinin maksimum səviyyəsinə nail olsunlar. Mühəndislər asılqanların sazlanması üzərində də işləyiblər – təkərlərin effektliyinin qiymətləndirilməsi nahardan sonraya saxlanılıb.

Lotus komandası Kimi Rəykkönenin maşını üzərində gərgin işləyib – yeganə dövrəsinə finlandiyalı sürücü maşının sükan sistemindən narazı qalıb və mexaniklər bütün ssitemi yenidən quraşdırmalı olublar, ona görə də Kimi bir daha trasa çıxamyıb.

Bir çox sürücülər təkərləri bloka salıblar, amma ciddi insident yaşanmayıb. Felipe Massa yüngülcə baryerlərə toxunub, Mixael Şumaher isə ön antiqanadı zədələyib. Sessiyanın sonuna on dəqiqə qalmış Heykki Kovalaynenin maşınında motor yanıb.

Protokollara Fernando Alonso başçılıq edib – ilk onluq 1 saniyəyə yerləşib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01F.AlonsoFerrariFerrari1:16.26522
02R.QrojanLotusRenault1:16.630+ 0.36517
03S.PeresSauberFerrari1:16.711+ 0.44619
04L.HəmiltonMcLarenMercedes1:16.747+ 0.48212
05P.MaldonadoWilliamsRenault1:16.760+ 0.49520
06F.MassaFerrariFerrari1:16.843+ 0.57819
07K.KobayaşiSauberFerrari1:17.038+ 0.77321
08C.BattonMcLarenMercedes1:17.190+ 0.92513
09S.FettelRed BullRenault1:17.222+ 0.95714
10N.RosberqMercedes AMGMercedes1:17.261+ 0.99618
11M.ŞumaherMercedes AMGMercedes1:17.413+ 1.14814
12N.HülkenberqForce İndiaMercedes1:17.631+ 1.36618
13M.UebberRed BullRenault1:18.106+ 1.84114
14J.E.VernToro RossoFerrari1:18.209+ 1.94425
15D.RikkardoToro RossoFerrari1:18.252+ 1.98728
16P.di RestaForce İndiaMercedes1:18.302+ 2.03716
17B.SennaWilliamsRenault1:18.617+ 2.35220
18H.KovalaynenCaterhamRenault1:19.039+ 2.77420
19V.PetrovCaterhamRenault1:19.341+ 3.07616
20N.KartikeyanHRTCosworth1:20.838+ 4.57326
21Ş.PikMarussiaCosworth1:20.895+ 4.63018
22T.QlokMarussiaCosworth1:21.638+ 5.3739
23P.de la RosaHRTCosworth1:22.423+ 6.15815
24K.RəykkönenLotusRenault1

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Monako Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:47 - 27 May, 2011

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +39° C Mövsümdə ilk dəfə Pirelli komandalara SuperSoft tərkibini təqdim edib, amma […]

Quru. Günəşli. Havanın temperaturu +26° C, trasın temperaturu +39° C

Mövsümdə ilk dəfə Pirelli komandalara SuperSoft tərkibini təqdim edib, amma nahardan əvvəl komandalar yalnız Soft tərkibi ilə işləyiblər. Tras ənənəvi olaraq yaxşı vəziyyətdə olmayıb və tədricən işlənmiş rezinlə örtülüb.

Toro Rosso-nun ehtiyat sürücüsü Daniel Rikkardo Xayme Algersuarini əvəz edib – avstraliyalı sürücü səhər Dünya Renault Seriyasının sərbəst yürüşlərində liderlik edib, sonra isə STR6-nın sükanı arxasına keçib. Digər komandalar isə əsas sürücüləri işləyiblər – knyazlığın küçəlrində qurulmuş trasın hər bir dövrəsi böyük əhəmiyyət kəsb edə bilər.

Sessiyanın ortasına yaxın qırmızı bayraqlar dalğalanıb – start düzlüyündə şəhər su sistemindəki nasazlıq üzündən gğlməçə yaranıb və marşallar işə qarışıblar. Kiçik təmirdən sonra sessiya canlanıb – Vitantonio Liutsi tunelin çıxışında, Mixael Şumaher isə birinci döngədə trasdan çıxıblar.

Protokollara isə Sebastyan Fettel başçılıq edib, almaniyalı sürücü son cəhdində Fernando Alonsonu üstələyib. Mark Uebberin maşınında problemlər yaşandığı üçün avstraliyalı sürücü heç bir nəticə göstərməyib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:16.61924
02F.AlonsoFerrariFerrari1:16.732+ 0.11323
03N.RosberqMercedes GPMercedes1:17.139+ 0.52019
04F.MassaFerrariFerrari1:17.316+ 0.69723
05L.HəmiltonMcLarenMercedes1:17.350+ 0.73122
06C.BattonMcLarenMercedes1:17.534+ 0.91524
07P.MaldonadoWilliamsCosworth1:18.527+ 1.90830
08A.SutilForce İndiaMercedes1:18.578+ 1.95924
09V.PetrovLotus Renault GPRenault1:18.733+ 2.11416
10M.ŞumaherMercedes GPMercedes1:18.805+ 2.18616
11N.HaydfeldLotus Renault GPRenault1:18.928+ 2.30914
12S.BuemiToro RossoFerrari1:19.234+ 2.61524
13R.BarrikelloWilliamsCosworth1:19.395+ 2.77624
14D.RikkardoToro RossoFerrari1:19.463+ 2.84425
15K.KobayaşiSauberFerrari1:19.768+ 3.14925
16S.PeresSauberFerrari1:19.792+ 3.17326
17H.KovalaynenTeam LotusRenault1:20.083+ 3.46423
18Y.TrulliTeam LotusRenault1:21.116+ 4.49727
19P.di RestaForce İndiaMercedes1:21.548+ 4.92932
20J.D’AmbrozioMarussia VirginCosworth1:21.758+ 5.13931
21T.QlokMarussia VirginCosworth1:21.815+ 5.19617
22V.LiutsiHispaniaCosworth1:22.840+ 6.22113
23N.KartikeyanHispaniaCosworth1:22.840+ 6.22137
24M.UebberRed BullRenault3

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 236
Teqlər , , , , , ,
Paylaş

logo