20 Oktyabr 2018, Şənbə - 11:18

Monako-2018: Üçüncü sərbəst yürüşlər

Monako-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

15:12 - 26 May, 2018

Komandalar sazlanmalarda düzəlişlər ediblər və burada həftəsonunun ən vacib, həlledici sessiyası sayılan sıralanma turuna hazırlaşıblar. Sürücülərin əksəriyyəti HyperSoft təkərlərlə işləyib.

F-1.az bildirir ki, Valtteri Bottas St. Devote döngəsində səhvə yol verib və maşını baryerlərə toxunub. Mexaniklər zədələri bərpa edərək onun yenidən trasa qayıtmasına nail olublar. Cümə axşamı hər iki sessiyada üstün olan Red Bull sürücüləri ilk 15 dəqiqəni buraxsalar da, trasa çıxdıqdan dərhal sonra rəqiblərini xeyli fərqlə üstələyərək ilk yerlərə yüksəliblər.

Sona 10 dəqiqə qalmış Ferstappen 15-ci döngədə qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Red Bull mexanikləri Maksın maşınını sıralanma turuna çatdırmaq üçün intensiv işləməli olacaqlar.

Protokollara Ferstappeni 0.001 saniyə üstələmiş Rikkardo başçılıq edib – 1.11:786. Sıralanma turu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

YerNSürücüKomandaZamanFərqDövrə
13Daniel RikkardoRed Bull1:11.78622
233Maks FerstappenRed Bull1:11.787+ 0:00.00114
35Sebastyan FettelFerrari1:12.023+ 0:00.23723
47Kimi RəykkönenFerrari1:12.142+ 0:00.35625
544Lyuis HəmiltonMercedes AMG1:12.273+ 0:00.48725
677Valtteri BottasMercedes AMG1:12.356+ 0:00.57026
728Brendon HartliToro Rosso1:12.752+ 0:00.96624
810Pyer QasliToro Rosso1:12.761+ 0:00.97522
955Karlos SaynsRenault1:12.850+ 0:01.06423
1035Sergey SirotkinWilliams1:12.854+ 0:01.06823
112Stoffel VandornMcLaren1:12.874+ 0:01.08824
1231Esteban OkonForce İndia1:12.940+ 0:01.15422
1311Serxio PeresForce İndia1:13.025+ 0:01.23921
1427Niko HülkenberqRenault1:13.112+ 0:01.32625
1514Fernando AlonsoMcLaren1:13.279+ 0:01.49324
1618Ləns StrollWilliams1:13.595+ 0:01.80925
1716Şarl LeklerSauber1:13.644+ 0:01.85825
188Roman QrojanHaas1:13.881+ 0:02.09520
1920Kevin MaqnussenHaas1:14.192+ 0:02.40619
209Markus ErikssonSauber1:14.221+ 0:02.43528

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , , , ,
Paylaş

logo