22 Sentyabr 2018, Şənbə - 03:33

Monako-2018: Sıralanma turu

Monako-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:14 - 26 May, 2018

Sıralanma turu Monakoda həftəsonunun ən vacib və həlledici sessiyasıdır. Dar Monte Karlo küçələrində ötmələr çox çətin olduğundan, komandalar və sürücülər bütün diqqətlərini məhz şənbə gününə yönəldirlər. Sıralanma turu həm də burada ən yüksək sürətlərin görüldüyü sessiyadır. Pirelli bu il HyperSoft təkərləri gətirərək intriqanı daha da artırıb.

F-1.az bildirir ki, ilk dəfə istifadə olunan HyperSoft təkərlərin asfaltla ilişməsinin çox yüksək olması ilk məşqlərdən etibarən trasın mütləq rekordunun tez-tez yenilənməsinə şərait yaradıb. Tərkiblər arasında fərqin çoxluğu cümə axşamından artıq məlum olub. HyperSoft təkərlər UltraSoft-lardan bir saniyə sürətli olublar.

Əvvəlcədən də burada favorit göstərilən Red Bull sürücüləri həftəsonuna əla başlayıblar –  Rikkardo hər üç məşq sessiyasının qalibi olub. Ferstappen burada əla nəticə göstərmək şansının üzərindən bugünkü məşqlərdə xətt çəkib – sessiyanın sonuna 10 dəqiqə qalmış qəza edən hollandiyalı sürücünün maşınını intensiv çalışmalara baxmayaraq, sıralanma turuna çatdırmaq mümkün olmayıb. Maşının asılqanları ilə birlikdə, ötürmələr qutusu da sıradan çıxıb.

Birinci sessiyaya bütün sürücülər trasa HyperSoft təkərlərlə çıxıblar. Sürücülərin əksəriyyəti trafikə düşüb. Bottas Rəykkönenə mane olub. Rikkardo üstünlüyünü davam etdirib – 1:12.013. Hartli, Eriksson, Stroll və Maqnussen mübarizəni dayandırıblar.

İkinci sessiyaya Mercedes sürücüləri UltraSoft, digərləri isə HyperSoft təkərlərlə başlayıblar. Lakin tərkiblər arasında fərq çox olduğundan, ikinci cəhdlərində ən yumşaq təkərlərə keçməli olublar. Rikkardo 1.11.278-lik nəticə ilə hamını üstələyib. İlk onluğa düşə bilməyən sürücülər Hülkenberq, Vandorn, Sirotkin, Lekler və Qrojan olublar.

Son sessiyada hamı HyperSoft təkərlərlə boksları tərk edib. Rikkardo elə ilk cəhddə möhtəşəm nəticə göstərib – 1.10.810! Bu, trasın yeni mütləq rekordudur. İkinci cəhddə Həmilton ilk sektorun rekordu, ikinci sektorda özünün ən yaxşı nəticəsi ilə getsə də, yalnız üçüncü ola bilib. Rikkardo öz nəticəsini yaxşılaşdıra bilməyib, lakin bu, böyük fərqlə poulu qazanmasına mane olmayıb.

Daniel Rikkardo karyerasında ikinci poulunu qazanıb. Maraqlıdır ki, ilk poulu da 2016-cı ildə məhz buradakı yarışa təsadüf edirdi.

Monako Qran Prisi sabah Bakı vaxtı ilə 17:10-da start götürəcək…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
13Daniel RikkardoRed Bull11:12.013511:11.27861:10.8106
25Sebastyan FettelFerrari21:12.415831:11.51861:11.0397
344Lyuis HəmiltonMercedes AMG41:12.460841:11.58481:11.2326
47Kimi RəykkönenFerrari61:12.639921:11.39161:11.2667
577Valtteri BottasMercedes AMG31:12.4341051:12.00291:11.4416
631Esteban OkonForce İndia141:13.0281161:12.188101:12.0616
714Fernando AlonsoMcLaren71:12.657981:12.26991:12.1108
855Karlos SaynsRenault131:12.9501291:12.28691:12.1307
911Serxio PeresForce İndia101:12.8481171:12.19461:12.1546
1010Pyer QasliToro Rosso121:12.94112101:12.31391:12.2218
1127Niko HülkenberqRenault151:13.06512111:12.41110
122Stoffel VandornMcLaren51:12.46310121:12.4409
1335Sergey SirotkinWilliams81:12.7069131:12.52110
1416Şarl LeklerSauber91:12.82911141:12.7149
158Roman QrojanHaas111:12.93012151:12.7289
1628Brendon HartliToroRosso161:13.17912
179Markus ErikssonSauber171:13.26511
1818Ləns StrollWilliams181:13.32310
1920Kevin MaqnussenHaas191:13.39312
2033Maks FerstappenRed Bull200

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 142
Teqlər , , , ,
Paylaş

logo