19 Noyabr 2018, Bazar ertəsi - 00:53

Monako-2018: Birinci sərbəst yürüşlər

Monako-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:35 - 24 May, 2018

Monakoda sürücülər ilk məşqlərə ehtiyatla başlayıblar, sonra tədricən tempi artırıblar. Asfaltın vəziyyəti çox da yaxşı olmayıb. Bu yarışda debüt edəcək HyperSoft təkərlər artıq ilk sessiyadan maşınlara taxılıb. Sürücülər onlardan kifayət qədər sifarş etdiyindən, rahatlıqla istifadə edə bilirblər.

Monakoda hər bir dövrə çox vacibdir, lakin ilk sessiyada heç də hamı kifayət qədər işləyə bilməyib.

F-1.az bildirir ki, Kevin Maqnussen elektrik problemləri üzündən uzun müddət işləyə bilməyib. Qrojanın maşınının altlığı da sessiya ərzində dəyişdirilib. Alonso isə  ölçmə cihazlarındakı problemər üzündən yalnız son dəqiqələrdə boksu tərk edə bilib.

Sirotkin 15-ci dəqiqədə son döngədə divarla təmas yaşayıb və təkərini zədələyib. O, özü boksa qayıda bilib. Stroll isə oturacaq problemi ilə qarşılaşıb. Ferstappen səhvə yol verərək təhlükəsizlik cibinə girib və arxa ötürmə ilə trasa qayıdıb. Onun manevri təhlükəli görünüb, stüardlar araşdırıblar, lakin heç bir cəza tətbiq edilməyib. Qrojan, Stroll və Okon baryerlərlə toqquşublar, lakin maşınlara zərər dəyməyib.

Protokollara Rikkardo başçılıq edib – 1:12.126. Bu, trasın yeni mütləq rekordudur, lakin həftəsonu ərzində nəticənin daha da yaxşılaşdırılacağı şübhə doğurmur. Maks komanda yoldaşına 0.154 saniyə fərqlə məğlub olub.

Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
13Daniel RikkardoRed Bull1:12.12636
233Maks FerstappenRed Bull1:12.280+ 0:00.15425
344Lyuis HəmiltonMercedes AMG1:12.480+ 0:00.35434
45Sebastyan FettelFerrari1:13.041+ 0:00.91540
57Kimi RəykkönenFerrari1:13.066+ 0:00.94038
655Karlos SaynsRenault1:13.456+ 0:01.33040
777Valtteri BottasMercedes AMG1:13.502+ 0:01.37639
811Serxio PeresForce İndia1:13.717+ 0:01.59139
98Roman QrojanHaas1:13.943+ 0:01.81724
1035Sergey SirotkinWilliams1:13.962+ 0:01.83640
1131Esteban OkonForce İndia1:14.000+ 0:01.87439
1228Brendon HartliToro Rosso1:14.034+ 0:01.90846
1327Niko HülkenberqRenault1:14.134+ 0:02.00838
1410Pyer QasliToro Rosso1:14.240+ 0:02.11438
152Stoffel VandornMcLaren1:14.291+ 0:02.16537
1616Şarl LeklerSauber1:14.521+ 0:02.39531
1714Fernando AlonsoMcLaren1:14.637+ 0:02.51116
1818Ləns StrollWilliams1:14.782+ 0:02.65643
199Markus ErikssonSauber1:15.206+ 0:03.08039
2020Kevin MaqnussenHaas1:18.801+ 0:06.6757

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , , , , , ,
Paylaş

logo