18 Oktyabr 2017, Çərşənbə - 22:24

Monako-2017: Üçüncü sərbəst yürüşlər

Monako-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:09 - 27 May, 2017

Cümə axşamı əsas diqqət təkərlərlə işləməyə yönəldilmişdi. Bu gün isə komandalar proqramlarına qaldıqları yerdən davam ediblər – sazlanmalar üzərində işləyiblər və xüsusilə UltraSoft təkərlərlə maksimum yürüş edərək sıralanma turuna hazırlaşıblar.

F-1.az xəbər verir ki, sessiyanın əvvəlində Rikkardo və Qrojan əyləci gec basdıqlarından təhlükəsizlik ciblərinə giriblər. Hər iki sürücü baryerlərə sürtünsə də, maşınlara zərər dəyməyib. Sessiyanın sonuna az qalmış Esteban Okon qəzaya uğrayıb – maşının asılqanı qırılıb və 16-cı döngədəki Tec-Pro baryerləri ilə toqquşub.

Bolidin təxliyə olunması üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Sürücülər bir neçə dəqiqədən sonra işləməyə davam ediblər. Sessiyanın sonunda isə Daniel Rikkardo əyləc probleminəə görə ilk döngədəki təhlükəsizlik zonasında dayanmalı olub.

Mercedes AMG ikinci sessiya ilə müqayisədə, Ferrari ilə aradakı fərqi azaldıb, lakin hələ də geri qalır. İtalyan komandanın sürücüləri protokolların ilk iki yerində qərarlaşıblar – Sebastyan Fettel 1:12.395-lik dövrəsi ilə trasın yeni rekordunu müəyyənləşdirib.

Bakı vaxtı ilə saat 16:00-da bizi gərgin sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:12.39522
27Kimi RəykkönenFerrari1:12.740+ 0:00.34526
377Valtteri BottasMercedes AMG1:12.830+ 0:00.43528
433Maks FerstappenRed Bull1:12.940+ 0:00.54526
544Lyuis HəmiltonMercedes AMG1:13.230+ 0:00.83526
63Daniel RikkardoRed Bull1:13.392+ 0:00.99724
755Karlos SaynsToro Rosso1:13.400+ 0:01.00527
826Daniil KvyatToro Rosso1:13.563+ 0:01.16822
920Kevin MaqnussenHaas1:13.596+ 0:01.20120
102Stoffel VandornMcLaren1:13.805+ 0:01.41020
1111Serxio PeresForce İndia1:13.936+ 0:01.54123
1222Censon BattonMcLaren1:13.976+ 0:01.58125
1331Esteban OkonForce İndia1:14.072+ 0:01.67721
1419Felipe MassaWilliams1:14.072+ 0:01.67728
1527Niko HülkenberqRenault1:14.283+ 0:01.88823
168Roman QrojanHaas1:14.547+ 0:02.15222
1718Ləns StrollWilliams1:14.675+ 0:02.28034
1830Colion PalmerRenault1:15.164+ 0:02.76924
1994Paskal VerlyaynSauber1:15.291+ 0:02.89628
209Markus ErikssonSauber1:15.863+ 0:03.46825

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 97
Teqlər , , , , , , ,
Paylaş

logo