20 Oktyabr 2017, Cümə - 09:07

Monako-2017: Tras və statistika

Monako-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:10 - 24 May, 2017

Təqvimdə bundan qəribə və əksliklərlə zəngin mərhələ yoxdur, yəqin məhz buna görə Monakoda qazanılmış qələbə hamı üçün xüsusi əhəmiyyət kəsb edir və hər bir sürücünün arzusudur. Kiçik bir səhv yarışı yarımçıq saxlamağı təmin edir, motorun gücü və aerodinamikanın effektliyi son nəticəyə təsir etmir, ötmək üçün praktiki yer yoxdur – müasir Formula1-in tələblərinin tam əksliklərinin bütün yığımı…

Formula1 knyazlığın küçələrinə debüt ilində gəlib, ilk mərhələ Fanxionun qələbəsi ilə başa çatmışdı – əfsanəvi sürücü yarış məsafəsini 3 saat 13 dəqiqə 19 saniyəyə (orta sürət 98.7 km/saat) qət etmişdi. 1952-ci ildə məşqlər zamanı Luici Faciolinin həlak olmasından sonra bir çox mütəxəssislər trası təhlükəli hesab edərək 4 il təqvimə salmadılar, 1955-ci ildən isə Monako həmişəlik Formula1-ə qayıtdı. İndiyə kimi Monakoda iki sürücü dünyasını dəyişib, iki maşın suya düşüb, amma Monako Qran Prisi ən təhlükəsiz mərhələdir.

Təqvimdə ən yavaş yarışdır, sıralanma turunda poulla autsayderi çox az vaxt ayırır, ona görə də sürücülər risk edirlər. Monakoda praktiki olaraq ötmək mümkün deyil, yarışın taleyi sıralanma turunda və birinci döngədə həll olunur.

Son on ildə Monakoda 7 dəfə faktiki olaraq pouldan start alan sürücü qalib gəlib. Üç istisna var və hamısı Həmiltonla bağlıdır – 2008-ci ildə şənbə günü Massa poul qazansa da, xaotik yağışlı yarışı Həmilton qələbə ilə başa vurmuşdu, iki il Həmilton pouldan start alaraq uzun müddət yarışa başçılıq etsə də, əlavə pit-stopa görə yarışı 3-cü yerdə başa vurmuşdu və keçən il Daniel Rikkardo karyerasında ilk poulundan sonra pit-stopda komandasının səhvi üzündən qələbəni elə həmin Həmiltona hədiyyə etmişdi. Daha iki statistik aydınlaşdırma edək: 2006-cı və 2012-ci illərdə sıralanma turlarında Mixael Şumaxer poul qazanmışdı, amma hər iki halda cərimələndiyi üçün pouldan Alonso və Uebber start almışdılar və qələbəyə də məhz onlar sevinmişdilər.

 

FORMULA 1 GRAND PRIX DE MONACO 2017
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
25-28 may 2017Circuit de Monte Carlo3337 m78260.286 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Nadir tras nadir yanaşma tələb edir, komandalar asılqanları və aerodinamikanı asfaltayatma qüvvəsinin və asfaltla ilişmənin ən effektiv maksimum kəmiyyətinə sazlayırlar. Kələ-kötür düzlüklər və gərgin döngələr şassinin xüsusi sazlanmalarını, itibucaqlı sancaq döngələr isə təkərlərin böyük dönmə bucağını tələb edir.

Maşına, texnikaya inam və dövrənin optimal templə qət edilməsi həlledici rol oynayır, komandalar sürücülərə sərbəst yürüşlərdə trasda işləmək üçün maksimum zaman verirlər, məşqlər zamanı qəza həftəsonuna ciddi təsir edə bilər. Monako trasında dövrəni təmiz vurmaq çox çətindir – sıralanma turunda bir dövrədə 3 ən yaxşı sektoru səhvə yol vermədən toplamaq əsl çağırışdır.

Cümə axşamı ilk məşqlərdə asfaltın vəziyyəti ürəkaçan olmur, axşama vəziyyət tədricən düzəlir, amma Formula1 sürücüləri cümə günü trasda işləmirlər, ona görə də şənbə səhəri yenə də asfaltın vəziyyəti dəyişir.

2016-cı ilin Monako Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:15.537
2-ci sərbəst yürüşlərGünəşli. QuruDaniel RikkardoRed Bull1:14.607
3-cü sərbəst yürüşlərGünəşli. QuruSebastyan FettelFerrari1:14.650
Sıralanma turuGünəşli. QuruDaniel RikkardoRed Bull1:13.622
Yarışda sürətli dövrəBuludlu. Qurumaqda olan trasLyuis HəmiltonMercedes AMG1:17.939

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Monako Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Monako Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
25 may1-ci sərbəst yürüşlər12:00
25 may2-ci sərbəst yürüşlər16:00
27 may3-cü sərbəst yürüşlər13:00
27 maySıralanma turu16:0015:50
28 mayYarış16:0015:30

 

Pirelli, UltraSoft, SuperSoft, Soft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Monakoya Pirelli ən yumşaq üçlüyünü UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək. Mövsümdə ilk dəfə sürücülər təkər dəstlərinin sayını özləri seçiblər. Ona görə də ən yumşaq tərkibdən çox seçilməsi gözlənilən idi.

SürücüKomandaHardMediumSoft
Lyuis HəmiltonMercedes AMG139
Valtteri BottasMercedes AMG139
Daniel RikkardoRed Bull1111
Maks FerstappenRed Bull1111
Sebastyan FettelFerrari1210
Kimi RəykkönenFerrari1210
Serxio PeresForce İndia1210
Esteban OkonForce İndia1210
Felipe MassaWilliams1111
Ləns StrollWilliams1111
Censon BattonMcLaren2110
Stoffel VandornMcLaren1210
Karlos SaynsToro Rosso139
Daniil KvyatToro Rosso139
Roman QrojanHaas1210
Kevin MaqnussenHaas1210
Niko HülkenberqRenault1111
Colion PalmerRenault1111
Markus ErikssonSauber1210
Paskal VerlyaynSauber1210

 

 

STATİSTİKA

Hazırkı pilotların Monako Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton10116152
S.Fettel9107141
C.Batton1655131
F.Massa144812
D.Rikkardo64312
K.Rəykkönen1436131
N.Hülkenberq622
S.Peres6211
D.Kvyat312
K.Sayns25
R.Qrojan54
K.Maqnussen21
V.Bottas4
M.Erikson3
M.Ferstappen2
C.Palmer1
P.Verlyayn1
L.Stroll
E.Okon
S.Vandorn

 

Monako Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
29.05.2016Monte KarloD.RikkardoRed BullL.HəmiltonMercedes AMG
24.05.2015Monte KarloL.HəmiltonMercedes AMGN.RosberqMercedes AMG
25.05.2014Monte KarloN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
26.05.2013Monte KarloN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
27.05.2012Monte KarloM.UebberRed BullM.UebberRed Bull
29.05.2011Monte KarloS.FettelRed BullS.FettelRed Bull
16.05.2010Monte KarloM.UebberRed BullM.UebberRed Bull
24.05.2009Monte KarloC.BattonBrawn GPC.BattonBrawn GP
25.05.2008Monte KarloF.MassaFerrariL.HəmiltonMcLaren
27.05.2007Monte KarloF.AlonsoMcLarenF.AlonsoMcLaren
28.05.2006Monte KarloF.AlonsoRenaultF.AlonsoRenault
22.05.2005Monte KarloK.RəykkönenMcLarenK.RəykkönenMcLaren
23.05.2004Monte KarloY.TrulliRenaultY.TrulliRenault
01.06.2003Monte KarloR.ŞumaxerWilliamsX.MantoyyaWilliams
26.05.2002Monte KarloX.MantoyyaWilliamsD.KulthardMcLaren
27.05.2001Monte KarloD.KulthardMcLarenM.ŞumaxerFerrari
04.06.2000Monte KarloM.ŞumaxerFerrariD.KulthardMcLaren
16.05.1999Monte KarloM.HakkinenMcLarenM.ŞumaxerFerrari
24.05.1998Monte KarloM.HakkinenMcLarenM.HakkinenMcLaren
11.05.1997Monte KarloH.FrentsenWilliamsM.ŞumaxerFerrari
19.05.1996Monte KarloM.ŞumaxerFerrariO.PanisLigier
28.05.1995Monte KarloD.HillWilliamsM.ŞumaxerBenetton
15.05.1994Monte KarloM.ŞumaxerBenettonM.ŞumaxerBenetton
23.05.1993Monte KarloA.ProstWilliamsA.SennaMcLaren
31.05.1992Monte KarloN.MənsellWilliamsA.SennaMcLaren
12.05.1991Monte KarloA.SennaMcLarenA.SennaMcLaren
27.05.1990Monte KarloA.SennaMcLarenA.SennaMcLaren
07.05.1989Monte KarloA.SennaMcLarenA.SennaMcLaren
15.05.1988Monte KarloA.SennaMcLarenA.ProstMcLaren
31.05.1987Monte KarloN.MənsellWilliamsA.SennaLotus
11.05.1986Monte KarloA.ProstMcLarenA.ProstMcLaren
19.05.1985Monte KarloA.SennaLotusA.ProstMcLaren
03.06.1984Monte KarloA.ProstMcLarenA.ProstMcLaren
15.05.1983Monte KarloA.ProstRenaultK.RosberqWilliams
23.05.1982Monte KarloR.ArnuRenaultR.PatrezeBrabham
31.05.1981Monte KarloN.PikeBrabhamJ.VilnövFerrari
18.05.1980Monte KarloD.PironiLigierK.RöytemanWilliams
27.05.1979Monte KarloC.ŞökterFerrariC.ŞökterFerrari
07.05.1978Monte KarloK.RöytemanFerrariP.DepayeTyrrell
22.05.1977Monte KarloD.UotsonBrabhamC.ŞökterWolf
30.05.1976Monte KarloN.LaudaFerrariN.LaudaFerrari
11.05.1975Monte KarloN.LaudaFerrariN.LaudaFerrari
26.05.1974Monte KarloN.LaudaFerrariR.PetersonLotus
03.06.1973Monte KarloC.StüartTyrrellC.StüartTyrrell
14.05.1972Monte KarloE.FittipaldiLotusJ.BeltuazBRM
23.05.1971Monte KarloC.StüartTyrrellC.StüartTyrrell
10.05.1970Monte KarloC.StüartMarchY.RindtLotus
18.05.1969Monte KarloC.StüartMartaQ.HillLotus
26.05.1968Monte KarloQ.HillLotusQ.HillLotus
07.05.1967Monte KarloC.BrəbhəmBrabhamD.HalmBrabham
22.05.1966Monte KarloC.KlarkLotusC.StüartBRM
30.05.1965Monte KarloQ.HillBRMQ.HillBRM
10.05.1964Monte KarloC.KlarkLotusQ.HillBRM
26.05.1963Monte KarloC.KlarkLotusQ.HillBRM
03.06.1962Monte KarloC.KlarkLotusB.MakLarenCooper
14.05.1961Monte KarloS.MossLotusS.MossLotus
29.05.1960Monte KarloS.MossLotusS.MossLotus
10.05.1959Monte KarloS.MossCooperC.BrəbhəmCooper
18.05.1958Monte KarloT.BruksVanwallM.TrentinyanCooper
19.05.1957Monte KarloX.M.FanxioMaseratiX.M.FanxioMaserati
13.05.1956Monte KarloX.M.FanxioFerrariS.MossMaserati
22.05.1955Monte KarloX.M.FanxioMercedesM.TrentinyanFerrari
21.05.1950Monte KarloX.M.FanxioAlfa RomeoX.M.FanxioAlfa Romeo

 

 

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 514
Teqlər , ,
Paylaş

logo