23 Oktyabr 2017, Bazar ertəsi - 17:27

Monako-2017: Sıralanma turu

Monako-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

17:14 - 27 May, 2017

Monakoda sıralanma turu həftəsonunun ən əsas sessiyasıdır. Daha enli maşınlarla dar şəhər küçələrində ötmələr etmək asan deyil, ona görə də sıralanma turunda ön yerləri tutan sürücülər bazar günü yaxşı nəticəyə ümid edə bilərlər.

F-1.az xatırladır ki, İndy500 yarışında iştirak etmək üçün ABŞ-a yollanan Fernando Alonsonu Monakoda keçmiş komanda yoldaşı, karyerasını keçən il başa vurmuş 2009-cu ilin dünya çempionu Censon Batton əvəzləyir. Buradakı yarışda McLaren xal qazanmağa ümid edə bilər, lakin cümə axşamı keçirilən sərbəst yürüşlərdən sonra güc qurğusunda edilən dəyişikliklərə görə Battona startda 15 yer itirmək cəzası verilib.

Pirelli Monakoya ən yumşaq üç tərkibi – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. Lakin Mario İzola cümə axşamı etiraf etmişdi ki, Monte Karlo üçün hətta UltraSoft təkərlər də çox sərtdir. Daha sonra isə verdiyi müsahibədə bildirmişdi ki, bir dəst UltraSoft təkərlə 77 dövrə vurmaq mümkündür (qeyd edək ki, Monakoda yarış 78 dövrə davam edir).

Sərbəst yürüşlərin ilk sessiyasında Həmilton protokollara başçılıq etsə də, cümə axşamı nahardan sonrabu gün səhər baş tutan sessiyalarda Fettel hamıdan sürətli olmuşdu. İkinci sessiyadan etibarən Mercedes AMG-nin Ferrari-dən geridə olduğu üzə çıxmışdı. Çoxları bunu sürpriz hesab etmirdi, çünki uzun təkər bazasının dar döngələrdə problem yaradacağı əvvəlcədən proqnozlaşdırılırdı.

Force İndia mexanikləri bu gün sərbəst yürüşlərdə qəza edən Esteban Okonun maşınını sıralanma turunun əvvəlinə qədər bərpa edə bilməyiblər – fransız sürücü yalnız startdan 8 dəqiqə sonra trasa çıxa bilib.

Birinci sessiyada bütün sürücülər trasa UltraSoft təkərlərlə yollanıblar. Onlar təkərlərin optimal temperatura çatması üçün ardıcıl dövrələr vurmalı olublar. Palmer arxa təkəri deşildiyi üçün boksa gəlməli olub, lakin sonra yenidən trasa qayıdıb. Sessiyanın 6-cı dəqiqəsində Roman Qrojan yerində fırlanıb və maşını hərəkət istiqamətinin əksinə dayanıb. Sayns son anda toqquşmadan qaça bilib. Roman daha sonra hərəkəti davam etdirib. Erikssonun maşınının baryerlə təmasdan sonra arxa sol təkəri yerindən çıxıb və isveçli sürücü dərhal maşını təhlükəsizlik cibinə sürüb. Ferstappen protokollara başçılıq edib – 1:13.078. Okon, Palmer, Stroll, Verlyayn və Eriksson mübarizəni dayandırıblar.

İkinci sessiyada da hamı UltraSofft-larla işləyib. Rəykkönen ilk sürətli dövrəsində hamını üstələyib. Həmilton maşında problemlər olmasından şikayətlənib və boksa gəlib. Lakin qısa müddətdən sonra yenidən trasa qayıdıb. Son dəqiqələrdə Vandorn 16-cı döngədə qəza edib və sarı bayraqlar dalğalanıb. Bu, ilk iki sektorda öz nəticələrini yaxşılaşdıran və 10-cu yerdəki sürücünün nəticəsini üstələyən Həmilton üçün pis xəbər olub – britaniyalı üçüncü sessiyaya keçə bilməyib və sıralanma turunu 14-cü yerdə başa vurub. Mübarizəni dayandıran digər sürücülər Kvyat, Hülkenberq, Maqnussen və Massa olublar. Rəykkönen ən sürətli olub – 1:12.231.

Son sesiyada Rəykkönen ilk cəhddə 1:12.296-lıq nəticə göstərib və yenə hamını üstələyib. İkinci cəhddə isə nəticəsini daha da yaxşılaşdırıb və trasın yeni rekordunu müəyyən edib – 1:12.178! Bu, Kiminin karyerasında 17-ci, 2008-ci ildə keçirilmiş Fransa Qran Prisindən bəri ilk pouludur. Fettel komanda yoldaşına 0.043 saniyə uduzub və Ferrari bu il Rusiyadan sonra ikinci dəfə start düzlüyündə ilk cərgəni zəbt edib. Üçüncü yeri tutan Bottas isə Fetteldən çox cüzi geri qalıb – cəmi 0.002 saniyə. Yarışa onun yanından Ferstappen başlayacaq. Üçüncü sıranı isə Rikkardo və Sayns bölüşəcəklər.

Sabah bizi hər bir sürprizin baş verə biləcəyi yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
17Kimi RəykkönenFerrari31:13.117811:12.23171:12.1788
25Sebastyan FettelFerrari21:13.090821:12.44971:12.2218
377Valtteri BottasMercedes AMG51:13.3251041:12.901101:12.22310
433Maks FerstappenRed Bull11:13.078831:12.69791:12.4967
53Daniel RikkardoRed Bull41:13.219651:13.01191:12.9986
655Karlos SaynsToro Rosso71:13.526981:13.397111:13.16210
711Serxio PeresForce İndia81:13.530691:13.43091:13.3298
88Roman QrojanHaas121:13.7861361:13.203101:13.3496
922Censon BattonMcLaren111:13.72312101:13.45391:13.6136
102Stoffel VandornMcLaren61:13.4761171:13.24990
1126Daniil KvyatToro Rosso151:13.89910111:13.5169
1227Niko HülkenberqRenault131:13.78712121:13.6289
1320Kevin MaqnussenHaas91:13.53111131:13.9599
1444Lyuis HəmiltonMercedes AMG101:13.6409141:14.1069
1519Felipe MassaWilliams141:13.79614151:20.5296
1631Esteban OkonForce İndia161:14.1017
1730Colion PalmerRenault171:14.69611
1818Ləns StrollWilliams181:14.8937
1994Paskal VerlyaynSauber191:15.15911
209Markus ErikssonSauber201:15.27611

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 348
Teqlər , , , , , , , ,
Paylaş

logo