15 Dekabr 2017, Cümə - 21:54

Monako-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Monako-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:05 - 23 May, 2017

Monako Qran Prisinə çempionatın təkər təchizatçısı ən yumşaq üçlüyünü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək.

F-1.az-a danişan Pirelli Motorsport-un başçısı Mario İzola bildirib ki, əvvəlki illərdə olduğu kimi yarışda bir pit-stop gözləyir…

Mario İzola: “Üç ən yumşaq tərkib Monako üçün aşkar seçimdir, amma taktiki seçim müxtəlifliyi yenə də mümkündür. Builki təkərlərin yeyilməsi də dağılması aşağı olduğu üçün, komandaların işi UltraSoft-dan SuperSoft-a keçmək üçün düzgün pit-stop zamanını müəyyən etmək olacaq. Məncə, bu seçim yarış üçün standart olacaq.

Xatırladım ki, mövsümdə ilk dəfədir ki, dəst sayını sürücülər özləri seçiblər. Gözlənildiyi kimi, hamı UltraSoft-a üstünlük verib. Bu tərkibdən həm sıralanma turunda, həm də yarışda istifadə etmək olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 206
Teqlər , , , , , , ,
Paylaş

logo