18 Dekabr 2017, Bazar ertəsi - 13:07

Monako-2017: Mətbuat konfranslarının cədvəli

Monako-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:07 - 24 May, 2017

Monako Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Çərşənbə günü, yəni bu gün hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Censon Batton (McLaren), Niko Hülkenberq (Renault) və Esteban Okon (Force İndia) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Felipe Massa (Williams), Paskal Verlyayn (Sauber) və Daniel Rikkardo (Red Bull) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Pol Monoqan (Red Bull), Əndi Qrin (Force İndia) və Yorq Tsander (Sauber), sonra isə Cin Haas (Haas), Conatan Nil (McLaren) və Frants Tost (Toro Rosso) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 484
Teqlər , ,
Paylaş

logo