11 Dekabr 2017, Bazar ertəsi - 13:19

Monako-2017: İkinci sərbəst yürüşlər

Monako-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

17:42 - 25 May, 2017

İkinci sərbəst yürüşlərdə trasın vəziyyəti yaxşılaşıb. Asfalt təkər qırıntıları ilə örtülüb və komandalar ənənəvi proqramlarının icrasına başlayıblar – sazlanmalar üzərində işləyiblər və təkərlərin səmərəliliyini yoxlayıblar.

F-1.az xatırladır ki, birinci sessiyada Niko Hülkenberq və Markus Eriksson problemlər üzündən işləyə bilməmişdilər. Lakin komandalar problemləri vaxtında həll ediblər və hər iki sürücü ikinci sessiya başlayan kimi dərhal trasa çıxıblar.

Startdan 11 dəqiqə sonra Palmerin maşını tüstülənib və britaniyalı sürücü üçün cümə axşamı məşqləri başa çatıb. Bir saatın bitməsinə az qalmış isə Ləns Stroll üçüncü döngənin çıxışında qəza edib. Maşının təxliyə edilməsi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Sürücülər boksa qayıtmalı olublar və fasilə 6 dəqiqə davam edib.

İlk məşqlərdə Həmilton trasın yeni rekordunu müəyyən etmişdi, lakin bu dəfə Mercedes AMG sürücüləri liderlər qrupundan xeyli uzaq düşüblər. Sebastyan Fettel isə Həmiltonun həmin nəticəsini də üstələyib və protokollara başçılıq edib – 1:12.720.

Sürücülər sabah istirahət edəcəklər. Məşqlər isə şənbə günü davam edəcək. İki gün sonra bizi həm də poul uğrunda gərgin mübarizə gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:12.72038
23Daniel RikkardoRed Bull1:13.207+ 0:00.48735
37Kimi RəykkönenFerrari1:13.283+ 0:00.56346
426Daniil KvyatToro Rosso1:13.331+ 0:00.61141
555Karlos SaynsToro Rosso1:13.400+ 0:00.68043
633Maks FerstappenRed Bull1:13.486+ 0:00.76636
711Serxio PeresForce İndia1:13.799+ 0:01.07945
844Lyuis HəmiltonMercedes AMG1:13.873+ 0:01.15331
920Kevin MaqnussenHaas1:13.890+ 0:01.17046
1077Valtteri BottasMercedes AMG1:13.902+ 0:01.18239
112Stoffel VandornMcLaren1:13.946+ 0:01.22642
1222Censon BattonMcLaren1:13.981+ 0:01.26137
1319Felipe MassaWilliams1:14.003+ 0:01.28346
148Roman QrojanHaas1:14.022+ 0:01.30244
1531Esteban OkonForce İndia1:14.093+ 0:01.37347
1618Ləns StrollWilliams1:14.474+ 0:01.75427
1727Niko HülkenberqRenault1:14.870+ 0:02.15041
1830Colion PalmerRenault1:15.616+ 0:02.8968
199Markus ErikssonSauber1:15.691+ 0:02.97132
2094Paskal VerlyaynSauber1:15.695+ 0:02.97537

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər , , , , , ,
Paylaş

logo