11 Dekabr 2017, Bazar ertəsi - 07:57

Monako-2017: Həftəsonuna ilkin hava proqnozu

Monako-2017: Həftəsonuna ilkin hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

08:10 - 22 May, 2017

Monakoda keçiriləcək mövsümün altıncı yarışı üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – onlar günəşli və isti hava vəd edirlər.

F-1.az xatırladır ki, Monakoda sərbəst yürüşlərin ilk 2 sessiyası cümə günü yox, cümə axşamı keçirilir. Həmin gün səma aydın olacaq və temperatur +20 dərəcəyə çatacaq. Cümə günü də eyni hava şəraiti davam edəcək, lakin sürücülər trasda işləməyəcəklər.

Şənbə günü hava buludlu, hərarət +20 dərəcə olacaq, yağıntı ehtimalı 20%-dir. Yarışın baş tutacağı bazar günü isə çempionatın iştirakçılarını yağıntısız isti hava gözləyir, termometrlər +21 dərəcəni göstərəcəklər.

Qeyd edək ki, keçən il Monte Karloda yarışın baş tutduğu gün yağış yağsa da, qalan sessiyalar quru havada baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 546
Teqlər , ,
Paylaş

logo