19 Oktyabr 2017, Cümə axşamı - 03:48

Monako-2017: Günün sürücüsü – Sebastyan Fettel

Monako-2017: Günün sürücüsü – Sebastyan Fettel

Müəllif: Elçin Zodorov, redaktor

19:45 - 28 May, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi 2016-cı il Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin Qran Pridən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan, pit-stopa gec girmək hesabına liderliyə yüksələrək qələbə qazanan Sebastyan Fettel  “Günün Sürücüsü” seçilib. Sebastyan cari mövsümdə Avstraliya, Bəhreyn və İspaniya Qran Prilərindən sonra dördüncü dəfədir ki, bu ada layiq görülür.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

YarışGünün Sürücüsü
Avstraliya Qran PrisiSebastyan Fettel
Çin Qran PrisiMaks Ferstappen
Bəhreyn Qran PrisiSebastyan Fettel
Rusiya Qran PrisiValtteri Bottas
İspaniya Qran PrisiSebastyan Fettel
Monako Qran PrisiSebastyan Fettel

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 171
Teqlər , , ,
Paylaş

logo