19 Oktyabr 2017, Cümə axşamı - 03:54

Monako-2017: Güc qurğusunun elementləri

Monako-2017: Güc qurğusunun elementləri

Müəllif: Elçin Zodorov, redaktor

17:06 - 24 May, 2017

FİA Monako Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma qarşıdakı günlər ərzində maşınlarda bəzi elementlər dəyişdirilə bilər.

Xatırladırıq ki, çempionatda turbo eranın başlamasından sonra güc qurğuları altı elementə bölünüblər: İCE – daxili yanma mühərriyi, TC – turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES – rekuperasiya sisteminin akkumulyatoru və CE – elektron idarəetmə bloku. Mövsümün gedişində bu elementlərdən hər birindən cəriməsiz yalnız 4 ədəd istifadə etmək olar.

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, artıq iki sürücü İspaniyada bəzi elementlərdən dördüncüsünü istifadə edib – Fernando Alonso turboqovucu (TC) və MGU-H generatorunda limitə çatıb, Sebastyan Fettel də icazə verilən son turboqovucudan istifadə edib. Stoffel Vandorn isə Soçidə olduğu kimi, Barselonada da say limitini keçdiyi üçün cəzalandırılmışdı.

Qeyd edək ki, Fernando Alonso Monako İndy500-də yarışacağı üçün Monako Qran Prisində iştirak etməyəcək, onun maşınının sükanı arxasında Censon Batton əyləşəcək.

NSürücüKomandaMotorİCETCMGU-HMGU-KESCE
44Lyuis HəmiltonMercedes AMGMercedes222211
77Valtteri BottasMercedes AMGMercedes222212
3Daniel RikkardoRed BullTAG Heuer222212
33Maks FerstappenRed BullTAG Heuer222112
5Sebastyan FettelFerrariFerrari242222
7Kimi RəykkönenFerrariFerrari232222
11Serxio PeresForce İndiaMercedes111111
31Esteban OkonForce İndiaMercedes111121
19Felipe MassaWilliamsMercedes111121
18Ləns StrollWilliamsMercedes111111
14Fernando AlonsoMcLarenHonda344311
2Stoffel VandornMcLarenHonda255255
26Daniil KvyatToro RossoRenault222211
55Karlos SaynsToro RossoRenault223322
8Roman QrojanHaasFerrari232212
20Kevin MaqnussenHaasFerrari222222
27Niko HülkenberqRenaultRenault222212
30Colion PalmerRenaultRenault222112
9Markus ErikssonSauberFerrari-2016222212
94Paskal VerlyaynSauberFerrari-2016222213

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 83
Teqlər , , ,
Paylaş

logo