15 Dekabr 2017, Cümə - 21:49

Monako-2017: Birinci sərbəst yürüşlər

Monako-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

13:39 - 25 May, 2017

Cümə axşamı ilk sərbəst yürüşlərdə Monte Karlo küçələrində asfaltın vəziyyəti adətən yaxşı olmur. Lakin buna baxmayaraq, sürücülər ilk sessiyada fəal işləyiblər. Bu il maşınlar və təkərlər daha enlidirlər və ensiz Monako trasına uyğunlaşmaq lazımdır.

F-1.az xatırladır ki, İndy500 yarışında iştirak etmək üçün ABŞ-a yollanan Fernando Alonsonu Monakoda sabiq komanda yoldaşı Censon Batton əvəzləyir. Komanda keçən mövsüm karyerasını bitirmiş Censonu yeni maşına uyğunlaşmaq üçün Bəhreyndəki testlərə dəvət etmişdi, lakin britaniyalı sürücü simulyatorda işləməklə kifayətlənmişdi. Bu gün isə o, ilk dəfə MLC32-nin sükanı arxasına keçib.

Komandalar, adətən, birinci sərbəst yürüşlərdə ən sərt təkərlərdən istifadə edirlər. Amma sürücülərə bu il ilk dəfə təkər seçimi etmək imkanı verildiyindən, kifayət qədər ən yumşaq təkərlərdən sifariş ediblər. Buna görə də, sürücülər UltraSoft təkərlərlə işləməyə üstünlük veriblər.

Sessiyanın əvvəlində sürücülərin bir çoxu baryerlərlə təmas yaşayıblar, lakin ciddi insident baş verməyib. Dəqiqələr keçdikcə onlar trasa daha yaxşı öyrəşiblər və ilk sessiya qəzasız ötüşüb. Ardıcıl dövrələr vuran Maks Ferstappen asılqan problemi ilə qarşılaşıb. Markus Eriksson üçün isə sessiya cəmi 3 dövrə davam edib – isveçli sürücünün ötürmələr qutusu sıradan çıxıb. Niko Hülkenberqin maşınında güc qurğusunun enerji toplayıcısı ilə problemlər üzə çıxıb.

Çoxları Monakoda Mercedes AMG-nin uzun təkər bazasına görə problem yaşayacağını düşündüyündən Ferrari-ni favorit hesab edirdi, lakin ilk sessiyada protokollara Lyuis Həmilton başçılıq edib. Onun 1:13.425-lik nəticəsi Daniel Rikkardonun keçənilki poul nəticəsini 0.2 saniyə üstələyir.

Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:13.42540
25Sebastyan FettelFerrari1:13.621+ 0:00.19634
333Maks FerstappenRed Bull1:13.771+ 0:00.34632
477Valtteri BottasMercedes AMG1:13.791+ 0:00.36640
53Daniel RikkardoRed Bull1:13.854+ 0:00.42945
626Daniil KvyatToro Rosso1:14.111+ 0:00.68642
77Kimi RəykkönenFerrari1:14.164+ 0:00.73937
811Serxio PeresForce İndia1:14.201+ 0:00.77632
955Karlos SaynsToro Rosso1:14.333+ 0:00.90839
1031Esteban OkonForce İndia1:14.425+ 0:01.00039
1119Felipe MassaWilliams1:14.617+ 0:01.19237
122Stoffel VandornMcLaren1:14.813+ 0:01.38838
1320Kevin MaqnussenHaas1:14.870+ 0:01.44534
1422Censon BattonMcLaren1:14.954+ 0:01.52935
158Roman QrojanHaas1:15.321+ 0:01.89633
1618Ləns StrollWilliams1:15.595+ 0:02.17044
1730Colion PalmerRenault1:15.949+ 0:02.52442
1894Paskal VerlyaynSauber1:16.258+ 0:02.83333
1927Niko HülkenberqRenault3
209Markus ErikssonSauber3

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 126
Teqlər , , , , , ,
Paylaş

logo