17 Dekabr 2017, Bazar - 18:00

Monako-2016: Güc qurğusunun elementləri

Monako-2016: Güc qurğusunun elementləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:19 - 27 May, 2016

FİA İspaniya Qran Prisi ərəfəsində maşınlarda olan güc qurğusunun elementlərinin istifadə sayını dərc edib. Amma artıq dünən bəzi maşınlarda yeni elementlər quraşdırılıb…

F-1.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iki ildən çoxdur ki, güc qurğuları altı bloka bölünüb: İCE daxili yanma mühərriyi, TC turboqovucu və ya turbin, MGU-K və MGU-H generatorları, ES rekuperasiya sisteminin akkumulyatoru və CE elektron idarəetmə bloku. Mövsümün gedişində bu blokların hər birindən cəriməsiz yalnız 5 ədəd istifadə etmək olar.

Dünən FİA-dan verilən məlumata görə, 10 maşında güc qurğularının müəyyən elementləri dəyişdirilib.

Gözlənildiyi kimi, 3 sürücü yeni daxili yanma mühərriyi alıb – Rikkardo, Maqnussen və Alonso. Dörd sürücünün maşınında turbin dəyişdirilib – Rosberq, Rikkardo, Maqnussen və Eriksson. Üç sürücünün (Rosberq, Rikkardo və Maqnussen) maşınında MGU-H generatoru, iki sürücünün (Rikkardo və Maqnussen) maşınında isə MGU-K geneatoru yenisi ilə əvəzlənib.

McLaren, Haas, Sauber və Toro Rosso komandasının bütün maşınlarında, eləcə də, Rosberq və Maqnussenin maşınlarında akkumulyator, McLaren, Haas və Sauber maşınlarında, eləcə də, Rosberq və Saynsın maşınlarında isə idarəetmə bloku dəyişdirilib.

Bir daha xatırladaq ki, bütün yeniliklərə görə heç bir sürücüyə cərimə verilməyəcək…

NSürücüKomandaMotorİCETCMGU-HMGU-KESCE
44Lyuis HəmiltonMercedes AMGMercedes244222
6Niko RosberqMercedes AMGMercedes222222
5Sebastyan FettelFerrariFerrari322222
7Kimi RəykkönenFerrariFerrari222222
19Felipe MassaWilliamsMercedes111111
77Valtteri BottasWilliamsMercedes111111
3Daniel RikkardoRed BullTAG Heuer222212
33Maks FerstappenRed BullTAG Heuer111124
27Niko HülkenberqForce İndiaMercedes111112
11Serxio PeresForce İndiaMercedes111111
20Kevin MaqnussenRenaultRenault222222
30Colion PalmerRenaultRenault111123
26Daniil KvyatToro RossoFerrari, 2015222222
55Karlos SaynsToro RossoFerrari, 2015222222
9Markus ErikssonSauberFerrari232222
12Felipe NasrSauberFerrari222222
14Fernando AlonsoMcLarenHonda322233
22Censon BattonMcLarenHonda222222
94Paskal VerlyaynManorMercedes111111
88Rio HaryantoManorMercedes222211
8Roman QrojanHaasFerrari222222
21Esteban QutyerresHaasFerrari222222

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 283
Teqlər ,
Paylaş

logo