16 Dekabr 2017, Şənbə - 07:29

Monako-2016: Texniki analiz

Monako-2016: Texniki analiz

Müəllif: Afgan Haji, redaktor

10:51 - 01 İyun, 2016

Komandalar Monako Qran Prisinə həmişəki kimi çox ciddi hazırlaşmışdılar və onların knyazlıq üçün hazırladıqları məxsusi yenilikləri F-1.az olaraq təhlil etməyə çalışıdıq.

Ümumiyyətlə, Monako trası xüsusi yanaşmanı tələb edir. Otelin yanındakı sancaq döngəsi idarəetmə sükanının mexanizminin yenidən işlənməsini tələb edir. Adətən ön asılqanlar da buna görə dəyişikliyə məruz qalırlar. Bu ona görə edilir ki, təkərlər böyük dönmə bucağına malik olsunlar. Şəkildə Ferrari-nin dəyişikliyini görə bilərsiniz. Ağ rəngli oxla görünür ki, Ferrari birləşmə nöqtəsində bir hissəni kəsib ki, asılqanla disk təmas etməsinlər (1).

Ferrarinin ön asılqanı
Ferrari-nin ön asılqanı

Force İndia komandası hələ İspaniyaya yeniliklərlə gəlmişdi, ancaq Monakoda daha təkmilləşdirilmiş versiyaları tətbiq edirdi. Belə ki, komanda bolidin altlığında kəsiklər etmişdi. Bu kəsiklərin məqsədi hava axınını arxa təkərlərin üzərində kənarlaşdırmaq idi. Eyni zamanda komanda bu kəsiklərin köməyi ilə burulğanlı havanı diffuzordan kənarlaşdırmağa çalışırdı.

Döngələrdə təkərlər yan deformasiyadan əziyyət çəkdiyi zaman qasırğalı hava diffuzora daxil olur, bu isə heç arzuolunan deyil (2).

Force İndianın arxa təkərinin önündəki kəsiklər
Force İndia-nın arxa təkərinin önündəki kəsiklər

Son zamanlar bolidin arxa hissəsi ən çox dəyişikliklərə məruz qalır. Komandalar bolidin arxa hissəsindəki havanın daha effektiv idarə edilməsi üçün müxtəlif yeniliklər edirlər. Ən çox dəyişikliklər edilən hissə arxa təkərin önündəki düzlükdür. 

Monakoda Scuderia Toro Rosso komandası arxa təkərin onündəki alt hissənin yan tərəfində 14 dənə (3.1) və birbaşa təkərin önündə L-vari kəsik (3.2) əlavə etmişdi.

Scuderia Toro Rossonun arxa təkərinin önündəki kəsiklər
Scuderia Toro Rosso-nun arxa təkərinin önündəki kəsiklər

Scuderia Toro Rosso meymun oturacağında da yenilikər etmişdi. Meymun oturacağı 3 aerodinamik profilə malik idi. Bundan əlavə yan lövhələri dişli profilə malik idi (4). Məqsəd, həmişəki kimi, effektivliyi artırmaqdır.

Scuderia Toro Rossonun meymun oturacağı
Scuderia Toro Rosso-nun meymun oturacağı

Scuderia Toro Rosso komandası daha bir ilkə imza ataraq ön asılqana qanad yerləşdirmişdi (5).

Qanadın yerləşdirildiyi yer reqlamentlə əyləcin hava kanalı üçün ayrılıb. Bu qanad ön antiqanaddan ayrılan hava kütləsinin istiqamətini dəqiq yönəltməyə və yan pontonlarla bolidin altlığının effektivliyini yüksəldir.

Scuderia Toro Rossonun ön asılqandakı qanadı
Scuderia Toro Rosso-nun ön asılqandakı qanadı

Force İndia komandası mövsümü çox zəif başlamışdı.  Komandanın pilotu Serxio Peres açıq bildirmişdi ki, əsas problemi ön antiqanadda görür və yeni qanad gəldikdən sonra Force İndia fərqli olacaq. Ön qanadın işləməməsi təkərlərin tez sıradan çıxması ilə nəticələnirdi.

Nəhayət ki, Force İndia komandası Monakoya yeni ön antiqanadını gətirdi (6).

Force İndia komandasının yeni ön antiqanadı
Force İndia komandasının yeni ön antiqanadı

Antiqanadın əsas kaskadına daha çox yeni elementlər əlavə edilmişdir (7). Elementlərin hamısı ümumi məqsədə xidmət edir – hava kütləsini ön təkərin üzərindən daha aktiv uzaqlaşdırmaq.

Force İndia komandasının yeni ön qanadının elementləri
Force İndia-nın ön qanadındakı künc elementlərin kaskadı

Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfield, Afgan Haji
Baxış Sayı 518
Teqlər , , , , , , , ,
Paylaş

logo