Formula1 Azərbaycanda

Xeres, 15 mart

Bölüm: TESTLƏR-2009 Tarix: 15.03.09   Çap et  Çap et


Çempionatın startına iki həftə qalmış Xeresdə mövsümöncəsi testlərin son seriyası start alıb. İspaniyaya test limitini doldurmamış dörd komanda gəlib - McLaren, Renault, Williams və Brawn GP. İlk günün protokollarına Rubens Barrikello başçılıq edib. Braziliyalı sürücü 102 dövrə vurub.

Fernando Alonso ən yaxşı dövrəsində liderə 0.6 saniyə uduzub. Amma səhər ispan sürücü 4 dövrə vurduqdan sonra maşını divarlara çırpıb və axşama yaxın təmirdən sonra testləri davam etdirə bilib. Williams-ın test pilotu Niko Hülkenberq isə üçüncü olub.

McLaren komandası avtodroma gəlsə də, testlərə sabahdan başlayacaq, ilk günü Lyuis Həmilton, sonrakı iki günü isə Heykki Kovalaynen çalışacaq...

Nəticələr belə olub:

PilotKomandaMotorVaxtDövrə
1. R.BarrikelloBrawn GPMercedes1:19.236102
2. F.AlonsoRenaultRenault+ 0:00.65933
3. N.HülkenberqWilliamsToyota+ 0:00.77769



Formula1 Azərbaycanda saytında dərc olunmuş xəbər.
http://www.f-1.az
Xəbərin ünvanı:
http://www.f-1.az/modules/news/article_storyid_218.html