Yarış
Bölüm: 2010-01: BƏHREYN QP Tarix: 14.03.10
Çap et 
Quru. Günəşli. Havanın temperaturu +35° C, trasın temperaturu +33° C
Formula1 üzrə 61-ci dünya çempionatının ilk mərhələsi göstərdi ki, yanacaqdoldurmaya qoyulan qadağa idmanda diqqət mərkəzini dəyişib: indi ön plana təkərlərin yeyilməsi keçib. Bundan başqa mövsümün ilk yarışı etibarlıq üçün də əla yoxlama olub - yeddi maşın nasazlıq üzündən yarışı dayandırmalı olub. Yarışın yarıdan çoxunu Sebastyan Fettel liderlik edib, amma gənc alman sürücünün qələbə ümidini Red Bull-un texnikası puç edib - qələbəni isə ikiqat dünya çempionu Fernando Alonso bayram edib.
Startdan sonra Fettel liderliyini qoruyub, Fernando daha təmiz hissədən start aldığı üçün ilk döngədə komanda yoldaşı Felipe Massanı qabaqlayıb. Mark Uebberin RB6-da yağın isti kollektora düşməsi nəticəsində qatı ağ bulud yaranıb, avstraliyalı sürücü problemsiz yarışı davam etdirsə də, onun arxasında sürüşkən asfaltda Robert Kubitsa və Adrian Sutil fırlanıblar.
Ən yaxşı start alan isə Renault komandasının debütantı rusiyalı Vitaliy Petrov olub, startda 17-ci yerdə dayanmış Vitaliy birinci dövrəni 11-ci yerdə başa vurub, amma ilk pit-stopda komanda onun maşınında problemlər müəyyən edib və sürücünün debütü boksda başa çatıb.
Liderlər isə 16-20-ci dövrələrdə yumşaq təkərləri daha bərk təkərlərlə əvəz ediblər, ilk üçlükdə vəziyyət dəyişməsə də Lyuis həmilton daha tez pit-stopa getdiyi üçün Niko Rosberqi qabaqlaya bilib. Ən sürətli təkər dəyişənlər isə gözlənildiyi kimi Sebastyan Fettelin mexanikləri olublar - düz 4 saniyə.
Otuzuncü dövrədən sonra liderin maşınında qaz buraxma sistemində problemlər peyda olub və motorun gücü kəskin azalıb. Sebastyan heç bir müqavimət göstərmədən əvvəl Ferrari sürücülərini, bir neçə dövrədən sonra isə Həmiltonu da irəli buraxmalı olub. Amma son dövrələrdə Rosberqin hücumlarından qoruna bilib və yarışı dördüncü yerdə başa vurub.
Beləliklə, Fernando Alonso Ferrari-də debütünü qələbə ilə qeyd edib. Son dövrələrdə ciddi problemlər yaşayan Felipe yarışı ikinci yerdə başa vurub. Lyuis Həmilton isə podiumun sonuncu pilləsinə qalxıb. Mercedes GP sürücüləri Fettelin arxasında finiş xəttini keçiblər - yeddiqat dünya çempionu Mixael Şumaherin çempionata qayıtdıqdan sonra ilk yarışı heç nə ilə yadda qalmayıb. Elə yeddinci yeri tutmuş son dünya çempionu Censon Batton da heç nə ilə fərqlənməyib. Uebber səkkizinci, Vitantonio Liutsi doqquzuncu və Rubens Barrikello onuncu yeri tutublar.
Gözlənildiyi kimi ilk səkkiz yeri Ferrari, McLaren, Red Bull və Mercedes GP komandalarının sürücüləri tutublar. Mübarizə elə bu komandalar arasında gedəcək...
| Yer | Pilot | Komanda | Motor | Vaxt |
| 01 | F.Alonso | Ferrari | Ferrari | 1:39:20.394 |
| 02 | F.Massa | Ferrari | Ferrari | + 0:16.099 |
| 03 | L.Həmilton | McLaren | Mercede | + 0:23.182 |
| 04 | S.Fettel | Red Bull | Renault | + 0:38.799 |
| 05 | N.Rosberq | Mercedes GP | Mercedes | + 0:40.213 |
| 06 | M.Şumaher | Mercedes GP | Mercedes | + 0:44.163 |
| 07 | C.Batton | McLaren | Mercedes | + 0:45.280 |
| 08 | M.Uebber | Red Bull | Renault | + 0:46.360 |
| 09 | V.Liutsi | Force İndia | Mercedes | + 0:53.009 |
| 10 | R.Barrikello | Williams | Cosworth | + 1:02.689 |
| 11 | R.Kubitsa | Renault | Renaul | + 1:09.093 |
| 12 | A.Sutil | Force İndia | Mercedes | + 1:22.958 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | + 1:32.656 |
| 14 | N.Hülkenberq | Williams | Coswort | + 1 dövrə |
| 15 | H.Kovalaynen | Lotus | Coswort | + 2 dövrə |
| 16 | S.Buemi | Toro Rosso | Ferrari | + 3 dövrə |
| 17 | Y.Trulli | Lotus | Cosworth | + 3 dövrə |
| - | P.de la Rosa | BMW Sauber | Ferrari | - |
| - | B.Senna | Hispania | Cosworth | - |
| - | T.Qlok | Virgin | Cosworth | - |
| - | V.Petrov | Renault | Renault | - |
| - | K.Kobayaşi | BMW Sauber | Ferrari | - |
| - | L.di Qrassi | Virgin | Cosworth | - |
| - | K.Çandhok | Hispania | Cosworth | - |
Sürətli dövrə: Fernando Alonso (Ferrrari) - 1:58.287 (45-ci dövrə).
Turnir cədvəli:
| Yer | Pilot | Komanda | Motor | Xal |
| 01 | F.Alonso | Ferrari | Ferrari | 25 |
| 02 | F.Massa | Ferrari | Ferrari | 18 |
| 03 | L.Həmilton | McLaren | Mercede | 15 |
| 04 | S.Fettel | Red Bull | Renault | 12 |
| 05 | N.Rosberq | Mercedes GP | Mercedes | 10 |
| 06 | M.Şumaher | Mercedes GP | Mercedes | 8 |
| 07 | C.Batton | McLaren | Mercedes | 6 |
| 08 | M.Uebber | Red Bull | Renault | 4 |
| 09 | V.Liutsi | Force İndia | Mercedes | 2 |
| 10 | R.Barrikello | Williams | Cosworth | 1 |
| 11 | R.Kubitsa | Renault | Renaul | 0 |
| 12 | A.Sutil | Force İndia | Mercedes | 0 |
| 13 | X.Algersuari | Toro Rosso | Ferrari | 0 |
| 14 | N.Hülkenberq | Williams | Coswort | 0 |
| 15 | H.Kovalaynen | Lotus | Coswort | 0 |
| 16 | S.Buemi | Toro Rosso | Ferrari | 0 |
| 17 | Y.Trulli | Lotus | Cosworth | 0 |
| 18 | P.de la Rosa | BMW Sauber | Ferrari | 0 |
| 19 | B.Senna | Hispania | Cosworth | 0 |
| 20 | T.Qlok | Virgin | Cosworth | 0 |
| 21 | V.Petrov | Renault | Renault | 0 |
| 22 | K.Kobayaşi | BMW Sauber | Ferrari | 0 |
| 23 | L.di Qrassi | Virgin | Cosworth | 0 |
| 24 | K.Çandhok | Hispania | Cosworth | 0 |
Mühəndislər Kuboku:
| Yer | Komanda | Motor | Xal |
| 01 | Ferrari | Ferrari | 43 |
| 02 | McLaren | Mercedes | 21 |
| 03 | Mercedes GP | Mercedes | 18 |
| 04 | Red Bull | Renault | 16 |
| 05 | Force İndia | Mercedes | 2 |
| 06 | Williams | Cosworth | 1 |
| 07 | Renault | Renault | 0 |
| 08 | Toro Rosso | Ferrari | 0 |
| 09 | Lotus | Cosworth | 0 |
| 10 | Sauber | Ferrari | 0 |
| 11 | Hispania | Cosworth | 0 |
| 12 | Virgin | Cosworth | 0 |
Formula1 Azərbaycanda saytında dərc olunmuş xəbər.
http://www.f-1.az
Xəbərin ünvanı: http://www.f-1.az/modules/news/article_storyid_2147.html
|