Formula1 Azərbaycanda

Mercedes GP rəhbərliyində dəyişikliklər

Bölüm: XƏBƏRLƏR Tarix: 16.02.10   Çap et  Çap et


Mercedes GP komandasının hazırkı sahibi olan Daimler şirkəti tədricən komandanın rəhbərliyində islahatlar aparır və Almaniyanın Motorsport Total qəzetinin verdiyi son xəbərə görə komandanın rəhbərliyində dəyişikliklər edilib.

Mercedes GP-nin direktorlar şurasından bəzi şəxslər kənar olunub - bu şəxslər 2008-ci ilin sonunda Honda Motor şirkəti Formula1-i tərk edərkən komandanın səhmlərindən müəyyən pay əldə etmişdilər. İndi direktorlar şurasına Abu Dabinin ən böyük şirkətlərindən biri Aabar fondunun idarəedici direktoru Muhamməd Bədəvi əl-Hüsseyni daxil olub - Aabar komandanın səhmlərinin 30%-nə, Dailmler şirkətinin səhmlərinin 9%-nə malikdir.

Nik Frayın, Kərolayn MakQrorinin, Naycel Kerrin və Con Marsdenin yerlərini Dəvid Forbs (Aabar), Norbert Hauq (Mercedes) və Daimler-in daha iki nümayəndəsi tutub. Komandanın başçısı Ross Braun öz yerini saxlayıb.

Motorsport Total-ın məlumatına görə, Daimler AG komandanın səhmlərinin 45.1%-nə, Aabar fondu isə 30%-nə sahibdirlər, yerdə qalan 24.9%-i isə komandanın menecmenti arasında bölünüb...


Formula1 Azərbaycanda saytında dərc olunmuş xəbər.
http://www.f-1.az
Xəbərin ünvanı:
http://www.f-1.az/modules/news/article_storyid_2002.html