Yarış
Sayta qoyulub: 17:48 11.07.2010 (239 dəfə oxunub)
Birinci döngədə Mark Uebber pouldan start almış komanda yoldaşı Sebastyan Fetteli qabaqlayıb, əks-hücuma atılan alman sürücünün maşınında Lyuis Həmiltonla mübarizə zamanı arxa sağ təkəri deşilib və Maggots döngəsində trasdan çıxıb. Üçüncü yerdən start almış Fernando Alonso da bir neçə mövqe itirib, hətta onu qabaqlamış komanda yoldaşı Felipe Massaya hücum zamanı braziliyalı sürücünün maşınında arxa sağ təkəri partladıb - Fettel və Massa pitə təkər dəyişməyə yollanıblar.








