Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

FİA gələn mövsüm üçün yeni komandaların seçimi prosesinə başlayır

Sayta qoyulub: 20:58 11.03.2010 (136 dəfə oxunub)
Bir il əvvəl FİA Formula1-də çıxış etmək arzusunda olan komandalar üçün seçim elan etmişdi, bu hadisə yarış dünyasında böyük səs-küyə səbəb olmuşdu. Amma seçimin nəticələri bu gün gözümüzün qarşısındadır - seçilmiş komandalardan biri starta çıxmadı, digər biri starta son anda yetişdi, iki komanda hər şey vaxtında eləsə də, hazırladıqları maşınlar liderlərə xeyli uduzur.

McLaren-in arxa antiqanadı FİA-nın təftişini keçib

Sayta qoyulub: 18:47 11.03.2010 (141 dəfə oxunub)
Bu gün səhər FİA-nın texniki nümayəndəsi Çarli Uaytinq McLaren maşınlarının arxa antiqanadının konstruksiyasını yoxlayıb və reqlamentə uyğunsuzluq aşkar etməyib.

J.Todt: "Formula1 daha qənaətcil olmalıdır"

Sayta qoyulub: 16:36 11.03.2010 (130 dəfə oxunub)
Almaniyanın Welt qəzetinə müsahibəsində FİA prezidenti Jan Todt Formula1-də gələcəkdə də məsrəflərin azadılmasına federasiyanın münasibətindən danışıb...

N.Rosberq əmindir ki, Şumaherə uduzmayacaq

Sayta qoyulub: 14:25 11.03.2010 (132 dəfə oxunub)
Mövsümün startı ərəfəsində Niko Rosberq nikbin görünür və hesab edir ki, komanda yoldaşı Mixael Şumaherin pressinqinə dözə biləcək. Bu gün səhər mətbuatla görüşü zamanı Rosberq bildirib ki, Mixaelin Formula1-ə qayıtmasını sakit qəbul edir və yeddiqat dünya çempionu ilə mübarizəyə hazırdır...

N.Hauq yeni komandaları dəstəkləməyə çağırıb

Sayta qoyulub: 12:14 11.03.2010 (121 dəfə oxunub)
Mercedes Motosport-un başçısı Norbert Hauq yeni komandalara qarşı dözümlü olmağa çağırıb, hərçənd, etiraf edib ki, yaxşı nəticələr göstərmək üçün debütantlar ciddi işləməlidirlər. Mövsümöncəsi testlərin nəticələrinə görə, Lotus və Virgin maşınları dövrədə liderlərə 5 saniyə uduzublar, Hispania komandasının maşınları isə hələ sabah birinci dəfə trasa çıxacaqlar. Amma Hauq hesab edir ki, yeni komandalara elə Bəhreynə gəldikləri üçün hörmət etmək lazımdır.

C.Batton və Brawn GP komandası Laureus mükafatı alıblar

Sayta qoyulub: 10:03 11.03.2010 (127 dəfə oxunub)
Dünən axşam dünya çempionu Censon Batton "İlin yüksəlişi" nominasiyasında nüfuzlu Laureus idman mükafatına layiq görülüb - mükafatın təntənəli təqdimetmə mərasimi Abu Dabidə baş tutub...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829