Braziliya QP TƏKRAR YAYIMDA:

26 noyabr, 23:25 - Sıralanma turu
27 noyabr, 22:00 - Yarış

R.Braun Mixael barədə

Sayta qoyulub: 20:58 09.03.2010 (155 dəfə oxunub)
Mercedes GP komandasının başçısı Ross Braun əmindir ki, Formula1 fantastik mövsüm gözləyir, bunun üçün əla şərait var. Keçən il Rossun başçılıq etdiyi Brawn GP komandası Mühəndislər Kubokunu qazanmışdı, komandanın sürücüsü Censon Batton isə dünya çempionu olmuşdu. İndi təkcə komandanın statusu (Mercedes-Benz şirkətinin zavod komandası) və adı deyil, həm də heyəti tam dəyişib - komandanın maşınlarını yeddiqat dünya çempionu Mixael Şumaher və Niko Rosberq sürəcəklər...

M.Uebber: "Şumaheri çətin mövsüm gözləyir"

Sayta qoyulub: 18:47 09.03.2010 (148 dəfə oxunub)
Red Bull komandasının sürücüsü Mark Uebber Mixael Şumaherin Formula1-ə qayıtması qərarını dəstəkləyib, amma eyni zamanda hesab edir ki, yaxşı fiziki forması və uğurlu mövsümöncəsi testlər alman sürücüyə çempionatı tərk edərkən olduğu səviyyəyə qayıtmağa imkan verməyəcək.

McLaren-in ehtiyat variantı var

Sayta qoyulub: 16:36 09.03.2010 (128 dəfə oxunub)
McLaren komandası əmin edir ki, Bəhreyn Qran Prisi ərəfəsində MP4-25-in arxa antiqanadının konstruksiyasının leqallığı barədə narahatlıq keçirmir. Gözlənildiyinə görə, yaxın günlərdə FİA konstruksiyanın qanunauyğunluğunu təsdiq edəcək. Buna baxmayaraq, komanda bu aerodinamik elementin alternativ variantını hazırlayıb və Bəhreynə gətirəcək.

Sauber şassisi və "təkər faktoru"

Sayta qoyulub: 14:25 09.03.2010 (141 dəfə oxunub)
Bu il Sauber komandası çempionatın top-komandaları ilə bərabər mübarizəyə qatıla bilər, çünki C29 şassisi komandanın sürücülərinə təkərlərlə daha səliqəli davranmağa imkan verir - bu Bridgestone firmasının mütəxəssislərinin fikridir. Mövsümöncəsi testlərdə Sauber maşınları yaxşı sürət nümayiş etdiriblər, amma məlum olanda ki, C29 maşınında təkərlər liderlərin maşınlarında olduğundan daha az yeyilir, komanda əlavə nikbinlik payı qazanıb.

Silverstounda işlər başa çatmaq üzrədir

Sayta qoyulub: 12:14 09.03.2010 (125 dəfə oxunub)
Klassik Silverstoun avtodromunda rekonstruksiya işləri başa çatmaq üzrədir - bu barədə Böyük Britaniya Qran Prisinin təşkilatçıları bildiriblər. Arena adını almış trasın yenilənmiş konfiqurasiyası bu il həm Formula1 yarışını, həm də Moto GP və Superbayk mərhələlərini qəbul edəcək.

B.Ekklstoun: "Şumaherin uğursuzluqdan səbri tükənə bilər"

Sayta qoyulub: 10:03 09.03.2010 (134 dəfə oxunub)
Formula1-in kommersiya başçısı Berni Ekklstoun 41 yaşlı Mixael Şumaherin bu il titul qazanamsına ümid etmir. Berninin fikrincə, əgər Şumaher uğursuzluq zolağına düşərsə, onun səbri tükənə bilər...
TURNİR CƏDVƏLİ
XƏBƏR ARXİVİ
<Fevral 2012>
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829